Qadın xəstəlikləri - Yumurtalıq xərçəngi
Ünvan

Bakı ş. H. Zərdabi küçəsi,

Telefon

+994505630189

Müayinəyə yazıl
Qadın xəstəlikləri - Yumurtalıq xərçəngi

Haqqımızda

Onkoginekoloq Könül Mərdanova 2006 ci ildə Azərbaycan Tibb Unuversitetinin Müalicə işi fakultəsini fərqlənmə ilə bitirib. 2007 cildə Milli Onkologiya Mərkəzində Onkologiya ixtisasi üzrə internatura ...

Əlaqə yarat

Bakı ş. H. Zərdabi küçəsi, 79B

+994505630189

[email protected]

Yumurtalıq xərçəngi
Qadın xəstəlikləri

Yumurtalıq xərçəngi

Yumurtalıq xərçəngi

Yumurtalıq xərçəngi nədir?

Yumurtalıq xərçənginin səbəbləri nələrdir?

Yumurtalıq xərçənginin əlamətləri nələrdir?

Yumurtalıq xərçəngi risk faktorları ?

Yumurtalıq xərçənginin diaqnozu necə qoyulur?

Yumurtalıq xərçənginin müalicəsi necə aparılır?

Yumurtalıq xərçəngi nədir?

Ginekoloji xərçənglər arasında uşaqlıq boynu xərçəngindən sonra ikinci yerdə olan yumurtalıq xərçəngi erkən təyin olunmadıqda çox təəssüf ki, ürəkaçan nəticələr əldə edilməyən xərçəng növüdür. Əsasən postmenopauzal dövrdə daha çox rast gəlinən yumurtalıq xərçəngi lazımi müalicələr ilə erkən zamanlarda 80-90 faiz sağala bilən bir xərçəng növüdür. Ancaq gecikdirilmiş mərhələrdə isə sağalma şansı daha da azalır.

Yumurtalıq toxumasında çox sayda fərqli hüceyrə yer alır. Yumurtalığın əsasını təşkil edən epitelyum hüceyrələrində ya da embriyonik dövrə aid hüceyrələrdə meydana gələn və baş verən nəzarətsiz bölünmə və çoxalma nəticəsində törəmə formalaşır. Bu ən çox epitelyum hüceyrələrdən qaynaqlanan törəmələrlə meydana çıxır.
Yumurtalıq xərçəngi yaranma səbəbi tam da bəlli olmayan bir xəstəlikdir. Çox təəssüf ki, pasiyentlərin 75 %-i gecikmiş mərhələlərdə həkimə müracət etdikləri üçün neqativ hallar daha çox yaşanır. Çünki gecikmiş mərhələlərdə müraciət etdikdə müalicənin də effektivliyi azalır. Ancaq bu o demək deyil ki, xəstələrin sağalma ehtimalı yoxdur. Qeyd edək ki, yumurtalıq xərçəngində yaş faktoru çox önəmlidir. Bu xəstəliyə daha çox postmenopauzal dövrdə rastlanır. ‼️Əziz xanımlar, əgər premenopauzal və ya postmenopauzal dövrdə hər hansı bir ginekjoloji narahatlığınız varsa, mütləq həkimə müraciət edin. Bu halda bədxassəli və ya xoşxassəli hər hansı bir şiş-tümör aşkarlandıqda mütləq bir onkoginekoloqun müayinəsində olun. Ümumiyyətlə yumurtalıq xərçəngi hər yaşda rast gəlinə bilən bir patalogiyadır. Həmçinin də sonsuzluqdan əziyyət çəkən xanımlarda hormonal müalicələr aldıqları üçün rastlanan hallardır.

Yumurtalıq xərçənginin əlamətləri nələrdir?

  • Aybaşı pozğulmaları;

  • Qarının alt hissəsində küt ağrılar;

  • Qarında köpmə hissi;

  • Qida qəbul etdikdə tez doyma;

  • Ümumi halsızlıq;

  • Ürəkbulanması;

  • Sidik ifrazı aktının tez-tez olması;

  • Sidik ifrazı zamanı göynəmə.

Gecikmiş mərhələlərdə:

  • Qarın həcminin böyüməsi

  • Qarında güclü ağrılar;

  • Səbəbsiz qaytarma halları;

  • Bədən çəkisinin azalması.


Dəyərli xanımlar, hər bir halda müayinə və müalicələri geciktirmədikdə sevindirici nəticələr əldə etmək mümkündür.

Yumurtalıq xərçənginin səbəbləri nələrdir?

  • Tütün məmulatlarının qəbulu

  • Xərçəng riskini artıran içkilərin qəbulu

  • Sağlam qidalanmamaq

  • Hamiləlikdən qorunmaq üçün istifadə edilən dərmanlar

Yumurtalıq xərçəngi risk faktorları

Yumurtalıq xərçənginin risk qruplarını təyin etmək biraz çətin olsa da, təxmini olaraq yumurtalıq xərçənginimn yaranma səbəblərindən 5-10 faizi genetika ilə bağlıdır. Bu səbəbdən müayinə zamanı birinci dərəcəli qohumlarda süd vəzi xərçəngi, yumurtalıq xərçəngi, uşaqlıq xərçəngi olub-olmaması araşdırılır. Qeyd edək ki, bu cür qohumları olan sağlam qadınlar da yumurtalıq xərçəngi üçün risk qrupuna daxildirlər.

Yumurtalıq xərçənginin diaqnozu necə qoyulur?


Yumurtalıq xərçənginin erkən diaqnozu vacibdir. Daimi ginekoloji müayinə və qan testləri xəstəliyi aşkar etməyə kömək edir. Cərrahi müdaxilə və biopsiya ilə vaginal ultrasəs müayinəsində aşkar edilən kütlənin hansı quruluşa sahib olduğunu təyin edilə bilər.

Yumurtalıq xərçənginin müalicə metodları nələrdir?

Yumurtalıq xərçənginin müalicəsi əməliyyatdır. Əgər xərçəng hüceyrələri yalnız yumurtalıqdadırsa, bu bölgələrdən, qarının içinə yayılıbsa, bütün qarından nümunələr alınaraq xərçəngli bölgələr təyin edilir. Təyin edilən xərçəngli kütlələr əməliyyatla çıxarılır və əməliyyatdan sonra kimyaterapiya prosedurları başlanılır. Əgər kütlənin cərrahi müdaxilə zamanı digər orqanlara zərər verə biləcəyi düşünülərsə, əməliyyatdan əvvək kimyaterapiya edilir. Bu müalicədə əsas məqsəd xərçəng hüceyrələrinin zəiflətmək və əməliyyat zamanı digər orqanlara zərər verməyəcək səviyyəyə gətirməkdir.

Qarın içərisində olan bütün xərçəngli toxumaların çıxarılması olduqca vacibdir. Çünki daha onra həyata keçiriləcək kimyaterapiyada ancaq bu formada müsbət nəticələr əldə edilə bilər. Müalicənin bu formada həyata keçirilməsi xəstənin sağalmasına və yaşama şansının artmasına imkan yaradır. Əməliyyatdan sonra xərçəngin başqa orqanlara yayılıb yayılmaması ilə bağlı testlər aparılır. Əgər xərçəng digər orqanlara da yayılmayıbsa, kimpaterapiyaya ehtiyac olmaya bilər.

Ancaq yayılıbsa, kimyaterapiya və ya radioterapiya nizamlı bir şəkildə həyata keçirilərək xəstəlik müalicə edilir. Bu müalicənin nə qədər vaxt aparacağı xəstəyə görə dəyişir. Əgər xəstəlik erkən dönəmlərdə aşkar edilibsə, xəstələrin sağalma şansı daha yüksəkdir.