Onkoginekoloq Könül Mərdanova 2006 ci ildə Azərbaycan Tibb Unuversitetinin Müalicə işi fakultəsini fərqlənmə ilə bitirib. 2007 cildə Milli Onkologiya Mərkəzində Onkologiya ixtisasi üzrə internatura kursu keçib. 2009- cu ilin sentyabr ayından bu günə kimi Milli Onkologiya Mərkəzinin Şişönü xəstəliklərin diaqnostikası və müalicəsi şöbəsində həkim onkoginekoloq vəzifəsində çalışır. Bir çox elmi məqalələrin və “Vulvovaginal kandidozların mikrobioloji diaqnostikası” adlı metodik vəsaitin müəllifidir. 2020 ci ildə Azəbaycan səhiyyəsi üçün bir ilk olaraq elmi məqaləsi Akad. C. Əliyevin rəhbərliyi ilə Amerikada NCCN də dərc olunub.
Qatıldığı konfranslar və kurslar
• 2009 cu il Türkiyə Ankara Hacettepe universitesi Kolposkopiya və histeroskopiya üzrə təkmilləşdirmə kursu
• 2010 Türkiyə Antalya Kök hücrə konfransı
Müalicə etdiyi qadın xəstəlikləri
- Uşaqlığın mioması
- Uşaqlığın adiomiozu
- Endometrionun polipi
- Yumurtalıq kistası
- Uşaqlıq boynunun polipi
- Uşaqlıq boynunun eroziyasi
- Uşaqlıq boynunun endometriosu
- Uşaqlıq boynunun kistləri
- Uşaqlıq yolunun kistləri
- Bartolin vəzinin kistləri
- Xarici tənasül orqanlarının popilomalari,kandilomaları, kistaları,
- Uşaqlıq boynunun xərçəngi
- Yumurtalıq xərçəngi
- Vulva xərcəngi
- Bütün ginekoloji xəstəliklər
Müalicə metodları
- Kolposkopiya
- Histeroskopiya
- Pap Smear
- Uşaqlıqda aparılan hər növ cərrahi əməliyyatlar (histerektomiya, kistektomiya, miomektomiya)
- Vaginoplastika
- Bartolin vəzi kistalarının ləğvi
- Uşaqlıq boynu eroziyalarının diaqnostikası və müvafiq müalicə
- Vulva, kondiloma və papillomaların lazer ilə tam ağrısız şəraitdə destruksiyası
- Uşaqlıq boynu poliplərinin lazer üsulu ilə ləğvi
- Endometrial biopsiyalar
- Laparoskopik əməliyyatlar