Qadın xəstəlikləri - Yumurtalıq kistası nədir? Yumurtalıq kistasının əlamətləri?
Ünvan

Bakı ş. H. Zərdabi küçəsi,

Telefon

+994505630189

Müayinəyə yazıl
Qadın xəstəlikləri - Yumurtalıq kistası nədir? Yumurtalıq kistasının əlamətləri?

Haqqımızda

Onkoginekoloq Könül Mərdanova 2006 ci ildə Azərbaycan Tibb Unuversitetinin Müalicə işi fakultəsini fərqlənmə ilə bitirib. 2007 cildə Milli Onkologiya Mərkəzində Onkologiya ixtisasi üzrə internatura ...

Əlaqə yarat

Bakı ş. H. Zərdabi küçəsi, 79B

+994505630189

[email protected]

Yumurtalıq kistası nədir? Yumurtalıq kistasının əlamətləri?
Qadın xəstəlikləri

Yumurtalıq kistası nədir? Yumurtalıq kistasının əlamətləri?

YUMURTALIQ KİSTASI NƏDİR?

Qadınlarda görülən yumurtalıq kistləri xoşxassəli və bədxassəli olmaqla ikiyə ayrılır.Yumurtalıq kistlərinin növləri, xərçəng riski və müalicə variantları,yeniyetməlik perioduktiv yaş və menepoz zamanı meydana gəlməsinə görə dəişə bilər.

YUMURTALIQ KİSTASI NƏDİR?

Yumurtalıq kistasının görülmə aralığı yaş qruplarına görə dəyişməktədir.Yeniyetməlik ,reproduktiv yaş və ya menepoz dövründə fərqli kistlərlə qarşılaşılır.Yaş qruplarına görə görülən yumurtalıq kistləri aşağıdakı kimi təsnif edilə bilər.

FUNKSİONAL KİSTALAR : Yetişkən dövürdə 13-18 yaş arasındakı dövürdəki kistalar funksional kistalardır ,ümumilikdə cərrahi əməliyyat tələb etmir və zamanla yox olabilir.Bu dövürdə bədənin hormon balansı hələ həll olunmadığı üçün bədəndə müvəqqəti kistlər əmələ gələ bilər.Funksional kistlər ümumiyyətlə təqib edilməlidir.Çünki, çətin olsa da, yumurtanın dönməsi və ya kistin yırtılması problemi, kistin yaratdığı ağırlıq səbəbiylə meydana gələ bilər.Bu təqibdən başqa heç bir dərman müalicəsinə ehtiyyac yoxdur.Funksional kistlər məhsuldarlıq dövründədə görülə bilər.

MİKROB HÜCEYRƏ ŞİŞLƏRİ : Yeniyetməliyin ilk illərində və sonrakı reproduktiv yaşda görülə bilən yumurtalıq şişləridir.Diaqnozda müəyyən edilən bəzi növlərdə cərrahi müdaxilə kifayət etsədə, bəzi növlərində əməliyyatdan əlavə olaraq kemoterapi müalicəsi tələb oluna bilər.Əsasən bərk orqanlar kimi özünün göstərən bərk kistik kütlələrdir.Ultrasəs nəzarətində funksional kistin və ya bərk kistik kütlənin olmadığını asanlıqla müəyyən etmək olar.

SARI BƏDƏN KİSTLƏRİ : Adət zamanı görülən kistlərdir.Ovulyasiya ilə baş verir.Demek olar ki, tamamilə yox olur ,bəzən qanaxmaya səbəb ola bilər.

DERMOİD KİSTALAR : Hamiləlikdə tez-tez görünür.Bədənin xarici quruluşunda dəri, saç, yağ, sümük kimi ektodermal toxumaların yerləşdiyi kistlərdir.Dermoid kistlər xəstədə çox tez ağırlaşa bilər və burulma ilə təcili əməliyyata ,yəni yumurtalıqların rotasiyasına ehtiyacı olan kistlərə çevrilə bilər.Burulmanın meydana gəlməsində, əvvəllər bütün yumurtalıqlar çıxarılsa da , hazırda yumurtalıq torsiyası bərpa oluna bilər və buna səbəb olan kistik kütlə çıxarılır.Çoxu zaman yumurtalıq funksiyaları bu üsulla bərpa olunur.Ciddi gecikmələr yoxdursa ,yumurtalıqları çıxarmadan həll edilə bilən bir problemdir.

ŞOKOLAD (ENDOMETRİOTİK ) KİSTALAR

Xalq arasında şokolad kisti kimi tanınan endometriyotik kistlər ,içindəki quruluş əridilmiş şokoladla bənzər olduğu üçün bu adı alır.Reproduktiv dövürdə ən çox yayılmış xüsusi kistlərdir.Şokolad kistləri əslində yumurtalıqda endometriozun əmələ gəlməsidir.Şokolad kistası doğuş dövrünün hər 10 qadından birində görülür.Bu kistalar cərrahiyyə mövzusunda daha seçicidir.Çünki şokolad kistaları daha çox doğuş dövründə olan qadınlarda olur.Yəni xəstələrin ana olma planları vardır.Bu səbəbdən şokolad kistlərində dərhal cərrahi müdaxilə etmək tövsiyyə olunmur. Ancaq xəstənin ağrı şikayəti çox olduqda əməliyyat vacibdir.Kist 9-10 sm kimi çox böyük boyutdadırsa , artıq pelvik təziq göstərirsə cərrahiyyəyə üstünlük verilir.Nümunə 5 sm uzunluqdadırsa, ultrasəsdə şüphəli bir pozuntu yoxdur homojen bir şokolad kisti olduğu təqdirdə izlənilir.Çünki bu kistlər çox uğurlu bir əməliyyat edilmədikdə təkrarlanabilən kistlərdir, və cərrahi yumurtalıq ehtiyatını azalda bilər.Ancaq qanda alınan şiş CA -125 şiş qanda artarsa ,bu xəstələr əməliyyat olunmalıdır.Yaş ilərlədikcə şokolad kistlərinin şişli olma riski artmaqdadır.

YUMURTALIQ KİSTASININ ƏLAMƏTLƏRİ NƏLƏRDİR?

Özəlliklə gənc yaşda kistaların simptomları məhs bu şəkildə olur, qasıq ağrısı və aybaşı pozğuntusudur.Şokolad kistasında xüsusen uşaq doğma dövründə ,çox ağrılı aybaşı dövürlərində və cinsi əlaqədə olan qadınlarda uşaq sahibi olmama şikayəti ,eyni zamanda cinsi əlaqə zamanı ağrı olması müşahidə olunur.Bəzən bağırsaqlar tutulduğu zaman ağrılı defekasiya baş verə bilər.Sidiyə çıxmada çətinlik görülə bilər.Pelvik bölgə adı verilən çanaq bölgəsindəki orqanlarla əlaqədar fərqli şikayətlər ola bilər .Pelvik bölgədə pelvik bölgə adlanan orqanlarla əlaqədar fərqli şikayətlər ola bilər.Ancaq ən sıx görülən simptom hamilə qalmamaqdır.Ayrıca uzun müddət davam edən qasıq ağrısıda çox tez-tez görülür.Menepozal şiş kistlərində , qarın nahiyyəsindəki orqanlara təzyiq səbəbiylə tez-tez idrara çıxma , qəbizlik şikayətləri , bəzən menepozdan vaginadan qanaxmanın başlaması, buna postmenopozal deyilir, qarın ağrısı kimi şikayətlər xüsusiylə böyük şişlər də menepoz dövründə rast gəlinən simptomlardandır.Bunlara əlavə olaraq heç bir simptom göstərməyən kistlər təsadüfən rutin nəzarətlərdə tapıla bilər .