Qadın xəstəlikləri - Uşaqlıq yolu kistası nədir? Uşaqlıq yolu kistası necə yaranır?
Ünvan

Bakı ş. H. Zərdabi küçəsi,

Telefon

+994505630189

Müayinəyə yazıl
Qadın xəstəlikləri - Uşaqlıq yolu kistası nədir? Uşaqlıq yolu kistası necə yaranır?

Haqqımızda

Onkoginekoloq Könül Mərdanova 2006 ci ildə Azərbaycan Tibb Unuversitetinin Müalicə işi fakultəsini fərqlənmə ilə bitirib. 2007 cildə Milli Onkologiya Mərkəzində Onkologiya ixtisasi üzrə internatura ...

Əlaqə yarat

Bakı ş. H. Zərdabi küçəsi, 79B

+994505630189

[email protected]

Uşaqlıq yolu kistası nədir? Uşaqlıq yolu kistası necə yaranır?
Qadın xəstəlikləri

Uşaqlıq yolu kistası nədir? Uşaqlıq yolu kistası necə yaranır?

UŞAQLIQ YOLU KİSTİ NƏDİR ? UŞAQLIQ YOLU KİSTİ NECƏ YARANIR ?

Uşaqlıq yolu kisti nədir? Uşaqlıq yolu kisti necə yaranır? ,uşaqlıqda kist müalicə oluna bilərmi? Hansı müalicə üsullarından istifadə olunur? Uşaqlıqdakı kistlər üçün istifadə edilən müalicə üsulları ilə dəqiq müalicə olunurmu? Butün bu sualları və daha çoxunu sizin üçün tərtib etdik.Uşaqlıq kisti , yumurtalıqda və ya içərisində inkişaf edən maye ilə dolu bir kisədir.Bir çox qadın ömür boyu yumurtalıq kistasından əziyyət çəkir.

Uşaqlıqda kist nədir ?

Uşaqlıq kistlərinin böyük əksəriyyətinin funksional olduğu və zaman keçdikcə müalicə edilmədən yox olduğu bildirilir.Lakin bəzi kistlər yırtıla bilər, əyilə bilər, böyük ölçüdə böyüyə bilər və ağrı və ya komplikasiyaya səbəb ola bilər.Menstruasiya dövrü ilə əlaqəli olduqları üçün qadınlarda cinsi yetkinlik və menepoz arasında meydana gəlir.Ultrasəs müainəsi aparılırsa bu qadınların 20% - ində belə kistlər olur.Postmenopozal qadınların yalnız 5%-də bu tip funksional kist vardır.Funksional kistlər bir neçə həftə ərzində və ya iki və ya üç adət dövründən sonra öz –özünə yox olmağa meillidir.

UŞAQLIQ YOLU KİSTİ NECƏ YARANIR ?

Kist , orqan və ya toxumadan ibarət olan maye ve ya yarı bərk maddə olan bir boşluqdur.Kistlərin boyük əksəriyyəti xərçəngli deyil, lakin bəziləri orqan funksiyasını pozaraq ağrıya səbəb ola bilər.Bəzən yumurtalıq kistası olan qadınlarda qarın alt hissəsində ağrılar olur .Ayrıca sadə bir narahatlıq və ya ağırlıq da hiss edə bilərsiniz. Menstruasiya arasında qanaxma ola bilər. Kist böyükdürsə , yaxınlıqdakı orqanları sıxıştıra bilər və tez-tez idrar etməyə və ya qəbizlik kimi həzim problemlərinə səbəb ola bilər. Qarın divarından hiss edə bilərsiniz. Bununla birlikdə çox zaman əhəmiyyətli bir əlamət yoxdur,ümumiyyətlə təsadüfən aşkarlanmasına imkan verən başqa bir səbəblə edilən ultrasəsdir.Ginekoloqunuz müntəzəm məsləhətləşmə zamanı vaginal müainə zamanı hiss edilə bilər.

UŞAQLIQDA KİST NECƏ KEÇƏ BİLƏR?

Fonksional kistlərin çoxusu 90% -i bir neçə həftə içərisində özlüyündən düzəlir.Ginekoloq tərəfindən , ultrasəslə yox olmasını doğrulamaq üçün yoxlanılacaqdır.Bəzi hallarda cərrahi əməliyyat tələb olunur.Uzvi bir kist və komplikasiyalar meydana gəldikdə cərrahiyyə tələb olunur.

UŞAQLIQDA KİSTİN YARANMA ƏLAMƏTLƏRİ NƏLƏRDİR ?

Yumurtalıq kistlərinin varlığı uzun və nizamsız menstrual dövrləri ilə özünün göstərir. Qadınlar ,kistin kiseye basması halında tez –tez idrar etmək istəyindən şikayət edə bilər və ya bağırsağa basıldığı təqdirdə həzm problemlərinə səbəb ola bilər .Uşaqlıq kisti kiçikdirsə və heçbir simptom göstərmirsə monitorinq aparılır.Əksər hallarda 3, 6 aydan sonra azalır və ya yox olur.Yumurtalıq kisti kifayət qədər , böyük və ya ağrılı olarsa kistin meydana gəlməsinə səbəb hormonal tarazlığı tənzimləmək üçün xəstəyə hormonal kontraseptivlər təklif edilə bilər.Məsələn, xəstələrin məhsuldarlığına təsir edərkən , hər hansısa bir komplikasiyanın qarşısını almaq üçün çıxarılmalıdır. Əksər hallarda cərrahiyyə (sistektomiya) ümumi anesteziya altında laparoskopiya ilə aparılır.Nəhayət kist endometriozdan qaynaqlanırsa , məhsuldarlığı azalda bilər.Bunun səbəbi, bu xəstəlikdə uşaqlığı əhatə edən astarlı toxumanın uterus xaricində böyüməsidir.