Qadın xəstəlikləri - Uşaqlıq cismi xərçəngi ( endometrial xərçəg)
Ünvan

Bakı ş. H. Zərdabi küçəsi,

Telefon

+994505630189

Müayinəyə yazıl
Qadın xəstəlikləri - Uşaqlıq cismi xərçəngi ( endometrial xərçəg)

Haqqımızda

Onkoginekoloq Könül Mərdanova 2006 ci ildə Azərbaycan Tibb Unuversitetinin Müalicə işi fakultəsini fərqlənmə ilə bitirib. 2007 cildə Milli Onkologiya Mərkəzində Onkologiya ixtisasi üzrə internatura ...

Əlaqə yarat

Bakı ş. H. Zərdabi küçəsi, 79B

+994505630189

[email protected]

Uşaqlıq cismi xərçəngi ( endometrial xərçəg)
Qadın xəstəlikləri

Uşaqlıq cismi xərçəngi ( endometrial xərçəg)

UŞAQLIQ CİSMİ XƏRÇƏNGİ (ENDOMETRİAL XƏRÇƏNG)

Endometrium uşaqlığın daxili səthini örtən, hər aybaşı zamanı bir qatı tökülərək yaşanabiləcək hamiləlik üçün yenidən hazırlanan və hamiləlik baş tutduğu zaman dölün inkişafını təmin edən ciftin tutunduğu orqandır. Bu orqandan yaranan xərçənglərə endometrial xərçəng(uşaqlıq cismi xərçəngi) deyilir.

YARANMA SƏBƏBLƏRİ

Xərçəng xəstəliyi zamanı hüceyrələrin mutasiya etməsi ilə sağlam hüceyrələr anormal hüceyrələrə çevrilir. Sağlam hüceyrələr öz vəzifələrini icra etdikdən bir müddət sonra ölərək yerinə yeni sağlam hüceyrələrin gəlməsinə imkan verir.

Anormal hüceyrələrdə isə vəziyyət tamamilə bədənin nəzarətindən çıxır. Anormal hüceyrələr böyüyür, çoxalır və müəyyən bir müddətdən sonra daha da çoxalaraq nəzarətdən çıxırlar.

Qadın orqanının ən vacib iki hormonu olan progesteron və estrogen hormonlarındakı balanssızlıqlar endometriuma da təsir edərək orada dəyişikliklərə səbəb olur. Orqanizmdə progesteron və estrogen hormonlarında balanssızlığa yol açan və ya şəkər, polikistik yumurtalıq, aybaşı pozğunluğu, piylənmə və gec menopoz kimi hormon səviyyələrinə birbaşa təsir edə bilən amillər endometrial xərçəngə səbəb ola bilir.

Bunlara əlavə olaraq endometrial xərçəngin meydana gəlməsində aşağıdakı amillər də təsir edir:

  • 12 yaşdan əvvəl aybaşı olmaq(menarş)
  • Menstrual pozuntular
  • Doğuş etməmək
  • Piylənmə
  • Hipertoniya
  • Döş xərçəngi keçirənlər
  • Yumurtalıq xərçəngi keçirənlər
  • Mədə xərçəngi keçirənlər
  • İncə bağırsaq xərçəngi keçirənlər
  • Bağırsaq xərçəngi keçirənlər
  • Dəri xərçəngi növlərindən birini keçirənlər
  • Ailəsində xərçəng xəstəliyi olanlar
  • Hepatobiliyer sistem (qaraciyər və ya öd kisəsi) xərçəngi olmaq

ƏLAMƏTLƏR

Uşaqlıq cismi xərçəngi daha çox aybaşından əlavə və ya menopoz sonrası qanaxma ilə ortaya çıxır və erkən diaqnoz edildikdə müalicəyə cavab verir. Xüsusilə, menopozda olan qadınlar müayinələrini davamlı etdirməli və anormal qanaxmalar meydana gəldikdə bir mütəxəssis tərəfindən müayinə edilməlidirlər.

Uşaqlıq cismi xərçənginin simptomları aşağıdakılardır:

  • Menopozdan sonra vaginal qanaxma
  • İki aybaşı arasında qanaxma
  • Vaginadan anormal və ya qanlı axıntı gəlməsi
  • Qasıq ağrısı
  • Cinsi əlaqə zamanı ağrı

DİAQNOSTİKA METODLARI

Uşaqlıq cismi xərçəngi erkən mərhələdə diaqnozu qoyula bilən xərçəng növüdür. Əsasən menstruasiyadan əlavə anormal qanaxma ilə özünü göstərir. Menstruasiyadan əlavə və ya menopozdan sonrakı qanaxmalar zamanı, qarının alt hissəsində ağrı zamanı və cinsi əlaqə zamanı ağrı olduğu hallarda qadınlar ginekoloq tərəfindən müayinə edilməlidir.

Həkiminiz ailənizdə olmuş xəstəliklərlə birlikdə sizin xəstəlik tarixinizi də öyrənərək araşdıracaq, bunun nəticəsində sizdən aşağıdakı müayinələrdən birini və ya bir neçəsini tələb edə bilər:

Endometrial xərçəngin diaqnozu zamanı xəstəyə toxumadan bir nümunə götürərək biopsiya üsulu tətbiq edilir. Endometrial xərçənglərdə istifadə olunan bəzi diaqnostik metodlar bunlardır:

Ultrasonoqrafiya

Əsasən müayinənin bir hissəsi olaraq tətbiq olunan bu üsul zamanı vaginaya yerləşdirilən ultrasəs cihazı ilə uşaqlığın iç hissəsinə baxılır.

Endometrial biopsiya

Uşaqlıq yolundan götürülmüş toxuma nümunəsidir. Bəzi xəstələrdə müayinə zamanı belə biopsiya edilməsi uyğundur.

Histeroskopiya

Vaginal yolla uşaqlığın daxilinə kamera yerləşdirilərək edilən müayinə metodudur. Bu prosedur zamanı da biopsiya edilə bilər.

CA-125

Endometrial xərçəngin diaqnozu ilə yanaşı müalicə zamanı nəticəni qiymətləndirmək üçün də istifadə edilən qan testidir.

MÜALİCƏ ÜSULLARI

Uşaqlıq cismi xərçəngləri cərrahi, radioterapiya, kimyaterapiya və hormon terapiyası kimi fərqli müalicə üsullarından istifadə edilərək həyata keçirilir.

Cərrahi müalicə

Cərrahi müalicə endometrial xərçəng müalicəsinin əsasını təşkil edir. Açıq şəkildə aparıldığı kimi laparoskopik üsulla qapalı şəkildə də aparıla bilən cərrahi üsul uşaqlığın çıxarılmasından qarın membranından biopsiya alınmasına qədər dəyişik şəkildə edilə bilər.

Radioterapiya

Əməliyyatdan əvvəl şişin kiçildilməsi üçün, əməliyyatdan sonra və ya əməliyyatın həyata keçirilə bilmədiyi və xərçəngin yayıldığı hallarda kütlələri azaltmaq üçün istifadə edilən bir müalicə növüdür.

Kimyaterapiya

Əməliyyatı dəstəkləmək üçün və ya cərrahi üsulun həyata keçirilə bilmədiyi və xərçəngin yayıldığı hallarda istifadə edilən bir müalicə növüdür. Eyni zamanda xəstəyə tətbiq olunan ilk müalicədən sonra xəstəliyin yayılmasının qarşısını alır.

Hormonal Terapiya

Müayinələr nəticəsində hormon reseptorları (sensorları) tapılan şişlər üçün istifadə edilə bilən bir müalicə üsuludur.