Qadın xəstəlikləri - Uşaqlıq boynunun xərçəngi
Ünvan

Bakı ş. H. Zərdabi küçəsi,

Telefon

+994505630189

Müayinəyə yazıl
Qadın xəstəlikləri - Uşaqlıq boynunun xərçəngi

Haqqımızda

Onkoginekoloq Könül Mərdanova 2006 ci ildə Azərbaycan Tibb Unuversitetinin Müalicə işi fakultəsini fərqlənmə ilə bitirib. 2007 cildə Milli Onkologiya Mərkəzində Onkologiya ixtisasi üzrə internatura ...

Əlaqə yarat

Bakı ş. H. Zərdabi küçəsi, 79B

+994505630189

[email protected]

Uşaqlıq boynunun xərçəngi
Qadın xəstəlikləri

Uşaqlıq boynunun xərçəngi

UŞAQLIQ BOYNU(SERVİKAL) XƏRÇƏNGi

Uşaqlıq Boynu Xərçəngi Nədir?

Uşaqlıq boynu xərçəngi ildə təxminən 500.000-ə yaxın diaqnozu qoyulan və qadınlarda ən çox görülən 5 xərçəng növündən biridir.

Uşaqlıq boynu xərçəngi 'serviks' adlanan uşaqlıq boynunda yaranan xərçəngdir. Serviksin üst səthində olan hüceyrə təbəqəsi anormal hüceyrələrə çevrilərək 'xərçəng prekursorları' (CIN) adlandırılan hüceyrələr meydana gətirir. Xərçəng prekursorları erkən mərhələdə aşkarlanmadığı və müalicə edilmədiyi zaman uşaqlıq boynu xərçənginə çevrilə bilir.

Bu dəyişikliyə əsas səbəb isə 'HPV' olaraq bilinən İnsan Papilloma Virusudur. HPV, həmçinin cinsiyyət orqanında ziyillərin əmələ gəlməsinə səbəb olan bir virusdur. Bu virus cinsi yolla keçir.

Uşaqlıq Boynu Xərçənginin Əlamətləri

Uşaqlıq boynu xərçəngi erkən mərhələlərdə heç bir əlamət vermir. Bununla birlikdə, vaginal qanaxma, vajinada dolğunluq və ya kütlə hissi, vaginal axıntı və ağrılı cinsi əlaqə əsas əlamətlərdəndir. Qanaxma, cinsi əlaqə zamanı və ya əlaqədən sonra damcı və pis qoxulu axıntı şəklində özünü biruzə verə bilər.

Şiş yuxarı hissədə uşaqlıqarası boşluğa, aşağı hissədə vaginaya, yanlara doğru isə qasıq divarına doğru yayıla bilər. Sidik kisəsini və rektumu isə birbaşa ələ keçirə bilər. Bu yayılmalarla əlaqəli olaraq qəbizlik, qanlı idrar, vaginadan idrar və ya nəcis gəlməsi, sidik kanalının genişlənməsi və ya böyrəyin böyüməsi əlamətləri ortaya çıxabilər.

Xəstəliyin qasıq divarına yayılması zamanı ayaq ağrısı, şiddətli bel və qasıq ağrısı görülə bilər. Eyni zamanda şişkinlik hissi də meydana gələ bilər. Əlavə olaraq çanaq limfa düyünlərinin tutulması, qaraciyər, ağciyər və sümüyə yayılma şəklində uzaq orqan metastazları da yarana bilər. Servikal xərçəng əsasən orta və yaşlı qadınlarda görülsə də, hər yaşda ortaya çıxa bilər.

Uşaqlıq Boynu Xərçənginin Risk Faktorları

HPV infeksiyaları uşaqlıq boynunda meydana gələn hüceyrə dəyişikliklərinin ən əsas səbəbidir. HPV virusu cinsi əlaqədən sonra servikal hüceyrələrin içərisinə yerləşir. Qadınların 50-80%-i nə vaxtsa HPV infeksiyası ilə qarşılaşa bilərlər. İmmunitet sistemimiz 12-18 ay ərzində 90% ehtimalla bu cür infeksiyaları yox edə biləcək gücdədir. HPV infeksiyasına yoluxmaq uşaqlıq boynu xərçəngi olmaq demək deyil.

HPV infeksiyasının xərçəng tipli olanları servikal hüceyrələrdə genetik dəyişikliklər yaradaraq kanserogen dəyişikliklərə səbəb ola bilərlər. Bu təxminən 10-15 illik bir müddətdə baş verir. Bu səbəblə həkimlər müayinələr zamanı xərçəngə çevrilmədən əvvəl bu xəstəliyi aşkarlayıb qarşısını ala bilərlər.

Uşaqlıq Boynu Xərçənginin Diaqnoz Metodları

İlkin olaraq ginekoloji müayinə zamanı PAP smear testi edilən xəstələrdə anormal test nəticəsi ortaya çıxması ilə başlayır.

Anormal PAP smear nəticəsindən sonra, nəticəyə əsasən bir müddət sonra ikinci dəfə PAP smear testi edilə və ya uşaqlıq boynu kolposkopiya adlanan cihazla müayinə edilə bilər. Kolposkopiya zamanı ehtiyyac olduğu təqdirdə biopsiya da edilə bilər.Eyni zamanda uşaqlıq boynu xərçəngindən qorunmaq və erkən diaqnoz qoymaq üçün müntəzəm olaraq PAP smear testindən də istifadə olunur. Bundan əlavə, HPV-DNA adlı müayinə də PAP smear ilə birlikdə və ya tək olaraq istifadə edilə bilən müayinə üsulları arasındadır.

Normal şərtlərdə 20-30 yaş arası qadınlarda HPV görülmə ehtimalı 30-50% təşkil edir. Bu yaş aralığındakı qadınlara HPV testi edildiyi zaman xəstələrin çoxunda nəticələr müsbət olur və HPV testinin heç bir mənası qalmır.Buna görə də, 20-30 yaş arasındakı qadınların hər üç ildən bir smear testi etmələri məsləhət olunur. Bu yol izləndiyi zaman HPV-nin görülmə ehtimalı sadəcə 7% təşkil edir.

30 yaşdan sonra PAP smearla edilən sitoloji müayinəyə HPV DNT testi də əlavə edilir. Co-test olaraq bilinən PAPsmear ilə yüksək riskli HPV DNT testinin birlikdə aparıldığı bu müayinə zamanı lazımsız biyopsiya etməyə ehtiyyac qalmır. Bu test xəstələrə müayinələr arası zamanı uzatmaq şansı verir.

Xəstəliyin diaqnozu zamanı xəstənin narahatlığını azaldan, maddi olaraq daha uyğun olan və müayinənin dəqiqlik dərəcəsini artıran bu testin nəticəsi mənfi olarsa, xəstənin növbəti müayinəsi beş il sonra aparılır.

Sadəcə PAP smear testi ilə müayinə zamanı isə testin üç ildən bir təkrar edilməsi uyğun hesab edilir.

Uşaqlıq Boynu Xərçəngindən Qorunma Üsulları

ü HPV virusu riski peyvəndlə minimuma endirilə bilər. HPV peyvəndi, virusun yaratdığı xərçənglərdən qorunmaq üçün ən etibarlı və təsirli yoludur.

ü Beynəlxalq səhiyyə təşkilatları 11-12 yaş arasındakı bütün oğlan və qız uşaqlarına iki və ya üç doza olaraq HPV peyvəndi edilməsini tövsiyə edir. Əgər bu yaşlarda peyvənd edilməyibsə, kişilər üçün 21 yaşa qədər, qadınlar üçün isə hər yaşda peyvənd edilə bilər.

ü 21-65 yaş arası qadınlarda aparılan PAP smear və HPV kimi testlərlə uşaqlıq boynu xərçəngi erkən diaqnoz edilə bilər.

ü Cinsi olaraq aktiv həyatınız varsa, uşaqlıq boynu xərçəngindən qorunmaq üçün hər dəfə cinsi əlaqə zamanı prezervativ istifadə etməyiniz məsləhət görülür. Bu virus riskini azaltsa da, HPV prezervativin qoruya bilmədiyi hissələrə yoluxa bilər. Buna görə də prezervativlər HPV-yə qarşı tam qorunma təmin edə bilmir. Qarşılıqlı olaraq hər iki tərəfin tək partnyoru olmağı virusun ötürülmə ehtimalını azaldır.

Uşaqlıq Boynu Xərçənginin Müalicə Üsulları

Uşaqlıq boynu xərçənginin müalicəsində istifadə olunan üsullar cərrahiyyə və radioterapiya olaraq 2 əsas qrupa bölünür. Radioterapiya uşaqlıq boynu xərçənginin bütün mərhələlərində istifadə ediləbilən bir müalicə üsuludur. İlkin mərhələdə qoyulan diaqnoz zamanı xəstəliyin yayılması hələ çox az olduğu üçün cərrahi müdaxilə ön planda olur.

Xəstəliyin yayıldığı mərhələlərdə isə əsas müalicə üsulu radioterapiyadır. Cərrahi müdaxilə ilə uşaqlıq boynu hissəsində yerləşən şiş və onun yayıldığı hissələrin təmizlənməsi hədəflənir. Cərrahi müdaxilə şişin ölçüsünə görə aşağıda qeyd edilən kiçik cərrahi üsullardan, bütün uşaqlığın, uşaqlıq boynunun və limfa düyünlərinin çıxarıldığı böyük cərrahi əməliyyatlara qədər fərqli formalarda edilə bilər.

LEEP (Loop electrosurgical procedure)

Uşaqlıq boynundakı hüceyrə dəyişikliklərinin diaqnozu və müalicəsində əvəzsiz bir vasitədir. Elektrik enerjisinin toxuma üzərindəki kəsilmə və qanaxmaları dayandırabilmə gücündən istifadə edilərək yaradılan üsuldur.

Kriyoterapiya

Hüceyrələrarası suyu kristallaşdıraraq serviks səthinin zədələnməsi və hüceyrə ölümü ilə nəticələnən bir üsuldur.

Lazer terapiyası

Xərçəngin yayılması zamanı bütün lezyonun görülə biləcəyi və uşaqlıqdaxili küretajın nəticəsinin təmiz olduğu hər vəziyyətdə istifadə edilə bilən üsuldur.

Konizasiya

Uşaqlıq boynunun hüceyrə dəyişikliklərinin müalicəsində böyük rol oynayan, uşaqlıq boynundan konus şəklində bir hissənin çıxarılaraq edildiyi cərrahi bir üsuldur.

BUNLARI BiLiRSiNiZMi?

Bəzi HPV növləri xərçəngə səbəb olur

Yaşadığımız dövrdə HPV infeksiyasının bəzi köməkçi amillərin təsiri ilə birlikdə uşaqlıq boynu xərçənginin yaranmasına səbəb olduğu bilinir. Bütün servikal xərçənglərin 99,7%-də HPV DNT-si mövcuddur. Dəridə və selikli qişalarda aşkar olunan bu virusun 200-dən çox növü var və bunların 40%-i anus və genital epiteliyada görülür. .Virusa ən əsas yoluxma şəkli cinsi əlaqədir. Son tədqiqatlar göstərir ki, 15 anogenital HPV növü tam olaraq xərçəng yaradır, 3 növü isə xərçəngin əmələ gəlməsində yüksək risk daşıyır. Tədqiqatçılar xərçəngin əmələ gəlməsi üçün uşaqlıq boynunda HPV olmağının lazım olduğunu vurğulasalar da, xərçəngin yaranmasında tək bu virusun kifayət etmədiyi fikri ilə razılaşırlar.

Fərqli Xəstəliklər Eyni Əlamətləri Göstərə Bilər

Servikal xərçəngdə xəstəliyin klassik əlamətlərinin çoxu vaginal infeksiya, uşaqlıq mioması və poliplər kimi xərçəng olmayan xoşxassəli şişlər zamanı da görülə bilər. Buna görə bu əlamətlərin altında hansı xəstəliyin yatdığını müəyyən etmək üçün mütləq həkim müayinəsinə ehtiyyac var.