Qadın xəstəlikləri - Uşaqlıq boynunun kistaları
Ünvan

Bakı ş. H. Zərdabi küçəsi,

Telefon

+994505630189

Müayinəyə yazıl
Qadın xəstəlikləri - Uşaqlıq boynunun kistaları

Haqqımızda

Onkoginekoloq Könül Mərdanova 2006 ci ildə Azərbaycan Tibb Unuversitetinin Müalicə işi fakultəsini fərqlənmə ilə bitirib. 2007 cildə Milli Onkologiya Mərkəzində Onkologiya ixtisasi üzrə internatura ...

Əlaqə yarat

Bakı ş. H. Zərdabi küçəsi, 79B

+994505630189

[email protected]

Uşaqlıq boynunun kistaları
Qadın xəstəlikləri

Uşaqlıq boynunun kistaları

NABOT KİSTALARI (UŞAQLIQ BOYNU KİSTALARI) NƏDİR?

Uşaqlıq boynu kistaları kistaları servikal kanaldakı sekretor vəzlərinin ucunda infeksiya və ya başqa bir səbəbdən tıxanma yaradan içi dolu bir mayedir. Vəzlərin yaratdığı sekresiya xaric olmadığı üçün tıxanma yaranan hissədə içi dolu kiçik kistlərin yaranmasına səbəb olur. Uşaqlıq yolunda bu kistlərdən eyni anda bir və daha çoxu yarana bilər. Bu kistlərin diametri 2-10 mm arasında dəyişir. Kistlərin içərisində selik adlanan yapışqan maye mövcuddur.

Servikal kisatlar olaraq da bilinən bu kisatlara doğuş etmiş analarda daha çox rast gəlinir. Bir çox qadınlarda bu kistaların varlığı heç bir əlamət vermir. Bu kisatların diaqnozu çox zaman həkimlər tərəfindən ginekoloji müayinə zamanı edilir. Uşaqlıq boynu kisatları tez-tez rastlanan xəstəlikdir.

Uşaqlıq boynunda olan kisatlar xərçəng təhlükəsi daşımır. Bu kisatlar əsasən doğuşdan sonra və ya uşaqlıq boynunun travmaya məruz qalması səbəbilə ortaya çıxır. Kistalar əsasən ağ və ya sarı rəngdəd və yumuşaq olurlar. Bu kisatlar demək olar ki heç bir əlamətlə özünü biruzə vermir.

Mündəricat:

Nabot kistasının əlamətləri nələrdir?

Nabot kistasının səbəbləri nələrdir?

Nabot kistasının diaqnozu necə qoyulur?

Nabot kistasının müalicəsi necədir?

Nabot kistası hamiləlik üçün təhlükəlidirmi?

Nabot kistasının əlamətləri nələrdir?

Uşaqlıq boynu kistaları xarici servikal divarda meydana gəlir və sağlamlığa mənfi təsir göstərən heç bir əlamət göstərmir. Yaranan narahatlıqlar kistaların ölçüsünə görə dəyişir. Kiçik ölçülü kistalar ağrı və narahatlıq yaratmır. Bununla birlikdə, diametri 8 sm-dən böyük olan kistaların varlığı uşaqlıq xərçəngi və yaxud uşaqlıq boynu xərçənginin əlaməti ola bilər.

Nabot kistalarının əlamətləri aşağıdakılardır:

İki menstruasiya arasında ləkələnmə və ya qanama

Pis qoxulu vaginal axıntı

Qarının alt hissəsində hissedilən təzyiq və ya şişlik

Tez-tez sidiyə getmək

Cinsi əlaqədən sonra yaranan qanaxma

Servikal kistalar bir çox qadında simptomlar görünmədən də meydana gələ bilər.

Nabot kistasının səbəbləri nələrdir?

Uşaqlıq boynunda selik istehsal edən vəzlər mövcuddur və bu vəzlər dəri qatı ilə örtülmüşdür. Nabot kistaların meydana gəlməsinə səbəb olan şərtlər aşağıdakılardır:

Servikal vəzlər o bölgədəki infeksiya və ya iltihabdan qorunmaq üçün yüksək miqdarda selik ifraz edir. Bu vəziyyət təkrarlanaraq sonda tıxanmalara və kistaların yaranmasına gətirib çıxarır. Eyni zamanda cinsi əlaqə yolu ilə keçən infeksiyalar da uşaqlıq boynunda kistaların əmələ gəlməsinə səbəb olur.

Ana olmağa hazırlaşan qadınlarda yaranan hormonal dəyişikliklər uşaqlıq boynu kistalarının yaranmağına səbəb ola bilər. Bu kistalar hormon səviyyəsində yaranan böyük dəyişikliklər nəticəsində meydana çıxır. Hormon dəyişiklikləri hamiləlik, doğuş və ya menopoz dövründə özünü ən yüksək həddə göstərir.

Uşaqlıq boynunu örtən toxumalar zədələndiyi zaman da nabot kistalar yarana bilər. Bədənimiz zədələnmiş bölgələri sağaltmaq üçün yeni toxumalar istehsal edir. Bu toxumalar çoxaldığı zaman da kistalar meydana çıxa bilər.

Uşaqlıq boynu spermanın vaginadan uşaqlığa, aybaşı mayesinin uşaqlıqdan vaginaya axmasını təmin etmək üçün daima açıq olur. Hamiləlik zamanı ana bətnində fetusun inkişafını təmin etmək məqsədilə uşaqlığın ağzı bağlanır. Doğuşdan sonra mukozada yeni toxumalar böyüyür. Toxumalarda həddindən artıq böyümə olduğu zaman vəzlərdə tıxanma meydana gəlir və selik axmadığı üçün də kistalar meydana çıxa bilir.

Nabot kistasının diaqnozu necə qoyulur?

Uşaqlıq boynunun kistləri bir çox səbəbə görə yaranabilər. Ancaq simptomlar bir çox qadında özünü biruzə vermir. Bu kistlərin varlığı çox vaxt rutin ginekoloji müayinələr zamanı aşkarlanır. Nabot kistası aşağıdakı üsullarla diaqnoz edilə bilər:

Kist endoservikal kanala yaxın yerləşdiyi və bu sahədə genişlənmə olduğu zaman çanaq və ya uşaqlıq boynu ultrasəs müayinəsi ilə müəyyən edilə bilər.

Kistin üzərində toxuma yırtığı və ya servikal zədələnmə olub olmadığı qasıq MRT-si ilə müəyyən edilə bilər.

Kistanın ölçüsü kiçik olduğu zaman uşaqlıq boynu kompüter tomoqrafiyası ilə görüntülənə bilər.

Uşaqlıq boynu və vaginanın divarlarını vaginal qasıq ultrasəs müayinəsi ilə incələyə bilən kolposkopiya aləti ilə də nabot kistaların diaqnozu düzgün qoyula bilər.

Cinsi yolla keçən xəstəlikləri təyin etmək və kistaların xərçəng olub olmadığını təyin etmək üçün biopsiya da edilə bilər.

Nabot kistasının müalicəsi necədir?

Uşaqlıq boynunun kistaları yalnız həkim tövsiyəsi və sizin qərarınızla götürülə bilər. Bu kistlərdən xilas olmaq üçün bir neçə üsul mövcuddur. Hansı üsuldan istifadə edəcəyiniz həkim müayinəsi nəticəsində təyin olunur. İstifadə edilən metodlar aşağıdakılardır:

Nabot kistası böyükdürsə kista və ətrafdakı toxumalar endoskopiya ilə cərrahi əməliyyatla götürülə bilər.

Yüksək tezlikli elektrik cərəyanları ilə elektrokimyəvi ablasyon da edilə bilər. Bu prosedur zamanı elektrik cərəyanı servikal bölgədəki anormal kütləni yox edəbilər və ya oradakı mayenin axmağına səbəb ola bilər. Bu prosedurda qan itkisi ən aşağı səviyyədə olur.

Servikal kistaların müalicəsi zamanı çox asan bir üsul olan kriyoterapiya üsulu da istifadə edilə bilər. Bu prosedur zamanı kista dondurula bilər. Eyni zamanda kistanın yox edilməsi üçün maye azotdan da istifadə edilə bilər.

Qanaxma və ya infeksiyaların ağırlaşmalarını azaltmaq üçün lazer terapiyası üsulu da istifadə edilə bilər. Kistlər lazerlə tez və etibarlı şəkildə yox edilə bilər.

Naboth kistalarının müalicəsi məqsədilə istifadə olunan bütün üsullar təhlükəsizdir. Müayinə zamanı xəstənin vəziyyəti, aparılan testlər, həkimin tövsiyələri tətbiq ediləcək müalicə metodunu təyin etmək üçün olduqca əhəmiyyətlidir. Qeyd edək ki, bu kistalar şikayət yaratmırsa müalicəyə ehtiyyac yoxdur.

Nabot kistası hamiləlik üçün təhlükəlidirmi?

Uşaqlıq boynunda yaranan şişliklər hamiləliyə təsir edə bilər. Bu bölgədə böyüyən kistalar uşaqlıq boynunun açılmağına maneə yaradaraq dölün mayalanmasını çətinləşdirə bilər. Qadınlarda yumurtlama zamanı spermanın yumurtaya çatması üçün servikal selikin tərkibi incə və sürüşkən olmalıdır. Selik qalın və yapışqan olarsa, mayalanmaya mənfi təsir göstərə bilər.

Gündəlik həyatda servikal kistalar təhlükə yaratmır və müalicə etdirməyə ehtiyac yoxdur. Bununla birlikdə, riskləri aradan qaldırmaq və yarana biləcək problemlərin qarşısını almaq üçün kistanın ölçüsünü incələmək və mütəmadi izləmək faydalıdır. Böyük kistalar ağrıya səbəb ola bilər.