Qadın xəstəlikləri - Uşaqlıq boynunun eroziyası
Ünvan

Bakı ş. H. Zərdabi küçəsi,

Telefon

+994505630189

Müayinəyə yazıl
Qadın xəstəlikləri - Uşaqlıq boynunun eroziyası

Haqqımızda

Onkoginekoloq Könül Mərdanova 2006 ci ildə Azərbaycan Tibb Unuversitetinin Müalicə işi fakultəsini fərqlənmə ilə bitirib. 2007 cildə Milli Onkologiya Mərkəzində Onkologiya ixtisasi üzrə internatura ...

Əlaqə yarat

Bakı ş. H. Zərdabi küçəsi, 79B

+994505630189

[email protected]

Uşaqlıq boynunun eroziyası
Qadın xəstəlikləri

Uşaqlıq boynunun eroziyası

SERVİKAL EROZIYA (UŞAQLIQ BOYNUNUN EROZİYASI)

Uşaqlıq boynunun daxili səthini örtən epiteliya hüceyrələri glandular xüsusiyyətə yəni ifrazat etmə xüsusiyyətinə malik olduğu halda, vaginanın daxili səth hüceyrələri bu hissəni müxtəlif xarici amillərdən (bakteriya, virus, cinsi əlaqənin "aşındırıcı" təsirlərindən) qorumaq vəzifəsi olan yastı epiteliya hüceyrələridir. Bu iki fərqli hüceyrə növünün bir birinə yaxın olduğu bölgəyə dəyişilmə zonası ( transformation zone) deyilir.

Dəyişilmə zonasında bir-birindən fərqli olan bu iki hüceyrə fərqli quruluşlarına və davranış xüsusiyyətlərinə görə bir-birləri ilə davamlı olaraq uyğunsuzluq yaşayırlar. Qısaca desək, bu bölgədəki hüceyrələrdən biri digər hüceyrənin sərhədlərini aşaraq o bölgədə öz hakimiyyətini qurmaq istədiyi üçün hüceyrələr burada öz sərhədlərini qorumaq naminə daima müharibə vəziyyətində olurlar. Bu hissədə davamlı olaraq məhv olma və yeniləmə halları təkrarlanmaqdadır.

İnsanlar arasında "yara" olaraq bilinən bu xəstəlik əslində dəyişilmə zonasında uşaqlıq boynu içərisində sekresiya hüceyrələrinin “qalibiyyətidir”. Dəyişmə zonasındakı "müharibə" sekretor hüceyrələr tərəfindən qazanılıraq vaginanın skuamöz epiteliya hüceyrələri tərəfindən eroziya ilə "əridilir".Bu ərimə spekulum müayinəsi zamanı uşaqlıq boynuna qırmızılıq verir və bu qızarıqlıq "yara" kimi adlandırılır.

​Uşaqlıq boynunda vaginanın asidli hissəsindən kənarda yaşayan hüceyrələr ətrafa daşdığı zaman da ifraz etmə xüsusiyyətlərini davam etdirirlər. Sekresiya hüceyrələrinin sayı artdığı üçün ifraz miqdarı da artır və bu da xəstənin axıntı şikayəti ilə qarşı-qarşıya qalmağına səbəb olur.

Uşaqlıq boynu kanalının təbii sekresiyası qələvi xüsusiyyətlərə malikdir. Vagina isə asidli xüsusiyyətə malikdir. Vaginanı infeksiyalara qarşı qoruyan laktobasilli bakteriyalar sadəcə asidli mühitdə yaşaya bilirlər. Uşaqlıq boynunun artan ifrazatı vaginanın asidli mühitini pozduğu zaman laktobasillərin sağlam şəkildə çoxalmağının qarşısı alınır və bu da vaginada infeksiyanın yaranmasına yol açır.Tez-tez vaginit olan qadınlarda əsas səbəbin uşaqlıq boynu yarası olma ehtimali yüksəkdir.

Uşaqlıq boynu "yarası" axıntı problemindən başqa heç bir şikayət yaratmaya bilir və əksər hallarda müayinə zamanı təsadüfən aşkar edilir. Bəzi qadınlarda cinsi əlaqə zamanı qanaxmaya səbəb olur. Uşaqlıq boynu yaraları görünüşlərinə görə xərçəng və ya xərçəng öncəsi lezyonlarla qarışdırıla bildiyi üçün aşkar edildiyi zaman pap smear testi edilərək dəyərləndirilmə edilir. Eroziya diaqnozu Pap smear testi nəticəsi zamanı təsdiqlənir.

Eroziya pap smear müayinəsindən sonra şikayətlərə səbəb olarsa, kriyoterapiya (dondurulma üsulu ilə), koterizasiya (yandırılaraq) və ya lazerlə buxarlaşdırılaraq aradan qaldırılması məsləhət görülür.

Doğum kontrol həblərinin istifadəsi uşaqlıq boynu kanalındakı sekretor hüceyrələrin çoxalmasını asanlaşdırdığı üçün bu həbləri istifadə edən qadınlarda uşaqlıq boynu yaraları nisbətən daha çox görülür.