Qadın xəstəlikləri - Endometrioz
Ünvan

Bakı ş. H. Zərdabi küçəsi,

Telefon

+994505630189

Müayinəyə yazıl
Qadın xəstəlikləri - Endometrioz

Haqqımızda

Onkoginekoloq Könül Mərdanova 2006 ci ildə Azərbaycan Tibb Unuversitetinin Müalicə işi fakultəsini fərqlənmə ilə bitirib. 2007 cildə Milli Onkologiya Mərkəzində Onkologiya ixtisasi üzrə internatura ...

Əlaqə yarat

Bakı ş. H. Zərdabi küçəsi, 79B

+994505630189

[email protected]

Endometrioz
Qadın xəstəlikləri

Endometrioz

ENDOMETRİOZ (ŞOKOLAD KİSTASI) NƏDİR VƏ NECƏ MÜALİCƏ OLUNUR?

Endometrioz, reproduktiv yaşda olan qadınlarda görülən bir xəstəlikdir. Xəstəlik adını uşaqlığın içərisini əhatələyən və hər ay menstruasiya dövründə qalınlaşaraq tökülən "endometrium" toxumasından alır.

Mündəricat:

Şokolad kistasının yaranma səbəbi nədir?

Şokolad kistasının əlamətləri nələrdir?

Endometrioz necə müalicə olunur?

Şokolad kisti partlaması nədir və bunu necə başa düşmək olar?


Şokolad kistasının yaranma səbəbi nədir?

Endometrioz, reproduktiv yaşda olan qadınlarda görülən bir xəstəlikdir. Xəstəlik adını uşaqlığın içərisini əhatələyən və hər ay menstruasiya dövründə qalınlaşaraq tökülən "endometrium" toxumasından alır.

Endometriozda əslində uşaqlığın daxili qatında olmalı olan endometrium toxuması uşaqlıqdan əlavə bədənin digər hissələrində də olur.

Uşaqlığın xaricindəki endometriozlar ağrı, sonsuzluq və bəzi digər problemlərə səbəb ola bilir. Endometrioza ən çox rast gəlinən yerlər qarın boşluğu xüsusilə də yumurtalıqlar, uşaqlıq boruları, uşaqlığı dəstəkləyən bağlar, vagina dediyimiz uşaqlıq və anal kanal arasındakı hissə, uşaqlığın xarici və qasıqdır. Menstruasiya dövründə uşaqlıqdakı kimi bu bölgələrdə də qalınlaşma və qanaxma olur. Buna baxmayaraq, uşaqlığı əhatə edən təbəqədən fərqli olaraq uşaqlıq xaricindəki endometriumun bədəni menstrual qan şəklində tərk etmə imkanı yoxdur. Buna görə də öz içərisində qanama şəklində olaraq bu ocaqlardan tökülən qanın ətraf toxumalara ziyan vurması, ətraf toxumalarda iltihabın inkişafı və birləşdirici toxumanın meydana gəlməsi ilə nəticələnir.

Endometrioz kistaların yerləşdiyi hissəyə görə verdiyi zərərlər də dəyişilir. Endometrioz yumurtalığın üst hissəsində yerləşib kistə çevrildiyi halda endometrioma (şokolad kistası) adlanır.

Şokolad kistasının əlamətləri nələrdir?

  • Daimi qasıq ağrısı

  • Menstruasiya dövründə ağrı
  • Cinsi əlaqə zamanı qasıq ağrısı
  • Hamilə qalmamaq
  • Menstruasiyadan əvvəl ləkə şəklində qanaxma
  • Qəbizlik - ishal
  • Tualet ehtiyacı zamanı ağrı
  • Yan ağrısı, bel ağrısı
  • Tez-tez sidiyə çıxma və sidikdə qan endometriozun simptomları arasındadır.

Endometrioz necə müalicə olunur?

Endometriozun müalicəsi dərman və cərrahi olaraq iki yolla aparılır:

Dərman müalicəsi: Xəstəliyin erkən mərhələsində menstruasiya ağrısının qarşısını almaq, mensturasiya vaxtını tənzimləmək və endometriotik ocaqları yox etmək üçün istifadə olunan əsas dərmanlar; doğuşa nəzarət həbləri, progestinlər, danazol və GnRH analoqlarıdır.

Cərrahi üsul: Ağrını azaltmaq və doğuş ehtimalını yüksəltmək üçün cərrahi əməliyyat edilə bilər. Əməliyyatla endometriotik toxumalar çıxarılır və həmin bölgədə əmələ gələn yapışqanlıq sərbəst buraxılır. Əməliyyatın məqsədi normal anatomiyanı yenidən bərpa etməkdir.

Əksər qadınlarda əməliyyatdan sonra ağrı yox olsa da, 40-80% qadında 2 il ərzində ağrı yenidən qayıda bilər.

Uşaq istəyən qadınlarda reproduktivliyi qoruyan (konservativ) cərrahiyyə əməliyyatı edilə bilmirsə və ya yetərli deyilsə, köməkçi reproduktiv üsullarla (süni mayalanma və ya IVF) hamiləlik yaradılmağa çalışılır.

Şokolad kisti partlaması nədir və bunu necə başa düşmək olar?

Həddindən artıq çox böyüyən endometrioma kistalarında dartılma və ya çəkilmə səbəbi ilə qəfil partlayış (qırılma) meydana gələ bilər. Şokolad kistləri ətrafdakı toxumalara yapışdıqları üçün yapışdıqları orqan və ya toxumaların hərəkəti də bu kistlərin dartılmasına və ya çəkilməsinə səbəb ola bilər.

Bundan əlavə, kənardan qarın bölgəsinə vurulan zərbələr və ya travmalar da şokolad kistlərinin partlamasına səbəb ola bilər.

Ən əsas əlaməti birdən birə başlayan və çox şiddətli şəkildə olan qarın ağrısıdır.

Partlayan şokolad kistası ginekoloqlar tərəfindən təcili əməliyyat tələb edən bir vəziyyətdir. Bu səbəblə kiçik ölçülü kistlərin həkim tərəfindən tövsiyə olunan aralıqlarla mütəmadi olaraq müayinə edilməsi vacibdir. Bu şəkildə reproduktivliyi qorumaq üçün daha erkən tədbirlər alına bilər.