Qadın xəstəlikləri - Bartolin vəzi kistləri
Ünvan

Bakı ş. H. Zərdabi küçəsi,

Telefon

+994505630189

Müayinəyə yazıl
Qadın xəstəlikləri - Bartolin vəzi kistləri

Haqqımızda

Onkoginekoloq Könül Mərdanova 2006 ci ildə Azərbaycan Tibb Unuversitetinin Müalicə işi fakultəsini fərqlənmə ilə bitirib. 2007 cildə Milli Onkologiya Mərkəzində Onkologiya ixtisasi üzrə internatura ...

Əlaqə yarat

Bakı ş. H. Zərdabi küçəsi, 79B

+994505630189

[email protected]

Bartolin vəzi kistləri
Qadın xəstəlikləri

Bartolin vəzi kistləri

BARTOLİN VƏZİ KİSTASININ SİMPTOMLARI

BARTOLİN VƏZİ KİSTASININ SƏBƏBLƏRİ

BARTOLİN VƏZİ KİSTASININ DİAQNOZU

BARTOLİN VƏZİ KİSTASININ MÜALİCƏSİ


Cinsi əlaqə zamanı selik ifraz edərək vaginal dəhlizi nəmləndirən, vaginal girişində hər iki tərəfdə yerləşən vəzilərə bartolin vəziləri deyilir. Bartolin vəzləri cinsi aktivlik dövründən sonra, yəni yetkinlik dövründən sonra aktivləşir. Bartolin vəziləri cinsi əlaqə zamanı vaginal nəmliyi təmin edir və cinsi əlaqəni asanlaşdırır. Bəzi hallarda bartolin vəzlərinin kanalları tıxanır və içindəki mayeni boşalda bilmir. Vəzilər maye ilə dolur və kistaya səbəb olur. Bu kista formalaşıb abses əmələ gətirə bilər. Müalicə prosesi də əmələ gələn kistann ölçüsünə, ağrının vəziyyətinə və infeksiyanın inkişafına görə dəyişir. Bəzi hallarda cərrahi drenaj tələb olunur. Müalicə zamanı adətən antibiotiklər kömək edir. Bartolin kistası və absesi çox yayılmış xəstəliklərdir və müalicə edilmədikdə insanda narahatlıq yaradır, həyat keyfiyyətini aşağı salır.


BARTOLİN VƏZİ KİSTASININ SİMPTOMLARI


Kiçik və hələ yetişməmiş bartolin kistası diqqətdən kənarda qala bilər. Bu kista böyüyərsə, vajinada bir şiş və ya kütlə hiss etmək mümkündür. Kista adətən ağrılı və həssas olur. Bartolin kistasının tam yetişməsi bir neçə gündən sonra baş verə bilər. Bartolin vəzi kistasının simptomları aşağıdaxı kimidir:


Vajinal bölgədə həssas, yüngül ağrılı bir şiş

Gəzərkən və ya oturarkən narahatlıq

• Cinsi əlaqə zamanı ağrı

Yanğı

Halsızlıq

Genital bölgədə həssaslıq

Bəzən şiddətli qaşınma və ağrı


Bartolin vəzi kistası adətən birtərəfli, lakin nadir hallarda ikitərəfli olur. Qısa müddətdə kiçilmək və böyümək potensialına malikdir.


BARTOLİN VƏZİ KİSTASININ SƏBƏBLƏRİ


Bartolin vəzi kistası bir çox səbəbə görə inkişaf edə bilər. Məsələn, xarici cinsiyyət orqanına və ya genital bölgəyə tətbiq edilən cərrahi əməliyyat, bu bölgədəki travma və ya infeksiyaya səbəb ola bilər. Bəzi insanlarda kistaların ölçüsü 0,5 sm, bəzilərində isə hətta 5 sm-ə çata bilər. Neisseria Gonorrhoeae bakteriyası (qonoreya) və xlamidiya infeksiyası də xəstəliyin səbəbləri arasındadır. Bartolin vəzi kistası təkrarlana bilər.


BARTOLİN VƏZİ KİSTASININ DİAQNOZU


Həkim Bartolin vəzi kistasını və absesini diaqnoz etmək üçün əvvəlcə pasiyentin şikayətləri barəsində məlumat toplayır. Sonra pelvik müayinə aparılır. Bundan əlavə, absenin səbəbi üçün genital bölgədən maye nümunəsi və bəzi qan testləri tələb oluna bilər. Qadın menopozdan keçmişsə və 40 yaşdan yuxarıdırsa, xərçəng üçün tədqiqat testləri də edilə bilər. Bu qadınlarda kütlədən biopsiya götürülə bilər.


BARTOLİN VƏZİ KİSTASININ MÜALİCƏSİ


Bartolin vəzi kistası kiçikdirsə və şikayət yaratmırsa, müalicə tələb etməyə bilər. Əgər kista bu nahiyədə böyüyərsə müalicə lazımdır. Müalicə kistanın ölçüsünə, xəstənin şikayətlərinə, abses əmələ gətirib çıxarmamasına, infeksiyaya səbəb olub-olmamasına görə dəyişir. Müalicə seçimlərinə aşağıdakılar daxildir:

Vannalar qəbulu:

Üç və ya dörd gün ərzində gündə bir neçə dəfə ilıq suda oturmaq kiçik, sadə kistanın öz-özünə qopmasına və ya boşalmasına kömək edə bilər.

Cərrahi drenaj:

Formalaşmış və ya çox böyük kistanın drenajı üçün cərrahi müdaxilə tələb oluna bilər. Bartolin vəzi kistası əməliyyatı yerli və ya ümumi anesteziya altında edilə bilər. Tıxanmış kanalların xaricə açılması üçün bir müalicə növüdür. Əməliyyatla xəstə rahatlaşır. Orta hesabla bir həftə ərzində bartolin vəzi əvvəlki quruluşuna qayıdır. Digər cərrahi üsul isə absesin üzərində kiçik bir deşik açmaq, absesi boşaltmaq və bartolin vəzinin içərisinə gümüş nitrat qoymaq və 2 gün gözləməkdir. Bu gümüş nitrat sonra çıxarılır. Kistaların və abseslərin müalicəsində Word kateter üsulu da var. Burada abses və ya kista kiçik dəliklə açılır, içi boşaldılır, Word kateterinin balon hissəsi daxil edilir; Bu balon şişirilir. Kateterin digər ucu vajinaya yerləşdirilir. Bu kateter bu nahiyədə təxminən 1 ay saxlanılır və içindəki maye çölə atılır. Bu, kist və abseslərin təkrarlanma tezliyini azaldan üsullardan biridir.

Antibiotiklər:

Müalicə üsullarından biri də antibiotiklərdir. Həkim kistanın formalaşdığını və bu kistanın səbəbini cinsi yolla ötürülən infeksiya olduğunu müəyyən edərsə, o, antibiotiklər təyin edə bilər. Lakin abses cərrahi yolla drenaj edilirsə, buna ehtiyac olmaya bilər.