Xanımlar üçün - Yumurtalıq Xərçənginin Simptomları - yumurtalıq xərçənginin müalicəsi
Ünvan

Bakı ş. H. Zərdabi küçəsi,

Telefon

+994505630189

Müayinəyə yazıl
Xanımlar üçün - Yumurtalıq Xərçənginin Simptomları - yumurtalıq xərçənginin müalicəsi

Haqqımızda

Onkoginekoloq Könül Mərdanova 2006 ci ildə Azərbaycan Tibb Unuversitetinin Müalicə işi fakultəsini fərqlənmə ilə bitirib. 2007 cildə Milli Onkologiya Mərkəzində Onkologiya ixtisasi üzrə internatura ...

Əlaqə yarat

Bakı ş. H. Zərdabi küçəsi, 79B

+994505630189

[email protected]

Yumurtalıq Xərçənginin Simptomları - yumurtalıq xərçənginin müalicəsi
Xanımlar üçün

Yumurtalıq Xərçənginin Simptomları - yumurtalıq xərçənginin müalicəsi

Yumurtalıq xərçəngi günümüzdə ən çox yayılan qadın xərçənglərindən biridir. Yumurtalıq xərçənginin simptomları aşağıdakılardır.

İlkin mərhələlərdə yumurtalıq xərçəngi heç bir şəkildə özünü göstərmir.Yumurtalıq xərçənginin əlamətləri və simptomları aşağıdakılardır:
-Qarın şişməsi və ya şişkinliyi
-Yemək zamanı tez toxluq hissi
-Çəki itirmək
-Pelvik bölgədə narahatlıq
-Yorğunluq
-Bel ağrısı
-Qəbizlik kimi bağırsaq problemləri
-Tez-tez idrar etmək


Yumurtalıq Xərçənginin yaranma səbəbləri


Yumurtalıq xərçənginin səbəbinin nə olduğu bəlli olmasa da, həkimlər xəstəliyin riskini artıracaq şeyləri müəyyən ediblər.
Həkimlər bilirlər ki, yumurtalıq xərçəngi yumurtalıqların daxilində və ya yaxınlığında olan hüceyrələrdə DNT-də dəyişiklik olduğu zaman başlayır.Hüceyrənin DNT-si hüceyrəyə nə edəcəyini bildirir.Bu Dəyişikliklər hüceyrələrin sürətlə böyüməsini, çoxalmasını göstəri və xərçəng hüceyrələrində kütlə (şiş) yaradır.Xərçəng hüceyrələri sağlam hüceyrələri məhv etdikdən sonra da inkişaf etməyə davam edir.Onlar yaxınlıqdakı toxumaları zəbt edərək bədənin digər hissələrinə yayıla bilər.

Yumurtalıq xərçənginin növləri

Xərçəngin əmələ gəldiyi hüceyrə növü sizin yumurtalıq xərçənginin növünü təyin etməyə və həkiminizə hansı müalicənin sizin üçün ən yaxşı olduğunu müəyyən etməyə kömək edir.

Yumurtalıq xərçənginə aşağıdakılar daxildir:
Epitelial yumurtalıq xərçəngi.Ən çox yayılmış növüdür.
Buraya seroz karsinoma və selikli karsinomanın olduğu bir neçə alt qrup daxildir
Stromal şişlər:Nadir hallarda görülən bu şişlərə digər yumurtalıq xərçənglərindən fərqli olaraq daha erkən mərhələdə diaqnoz qoyulur.
Germ hüceyrə şişləri:Nadir görülən bu xərçəng isə daha gənc yaşlarda rast gəlinir.
Yumurtalıq xərçəngi riskinizi artıra biləcək amillərə aşağıdakılar daxildir:
-Yaşlılıq.Yumurtalıq xərçəngi riski yaşlandıqca artır. Bu xərçəngə daha çox yaşlılarda diaqnoz qoyulur.
-İrsi gen dəyişikliyi.Yumurtalıq xərçənglərinin kiçik bir hissəsi valideynlərinizdən irsi olaraq keçən gen dəyişiklikləri nəticəsində yaranır.Yumurtalıq xərçəngi riskini artıran genlərə BRCA1 və BRCA2 aiddir.Bu genlər döş xərçəngi riskini də artırır.BRIP1, RAD51C və RAD51D genləri və Linç sindromu ilə əlaqəli dəyişikliklər də daxil olmaqla, bir sıra gen dəyişikliklərinin yumurtalıq xərçəngi riskini artırır.

-Nəsildə yumurtalıq xərçənginin olması.Yumurtalıq xərçəngi diaqnozu qoyulmuş qohumlarınız varsa, bu xəstəliyə tutulma riskiniz çox ola bilər.
-Artıq çəki və ya piylənmə.Artıq çəki və ya piylənmə yumurtalıq xərçəngi riskini artırır.
-Postmenopozal hormon əvəzedici terapiya.Menopozun əlamətlərini və simptomlarını müşahidə etmək üçün hormon əvəzedici terapiya qəbul etmək yumurtalıq xərçəngi riskini artıra bilər.
-Endometrioz.Endometrioz ağrılı bir xəstəlikdir və uşaqlıq orqanının daxili divarını örtən toxumaların uşaqlığın xaricində əmələ gəlməsilə səciyyələnir.
-Menstruasiyanın başladığı və bitdiyi yaşlarda.Menstruasiyanın erkən yaşda başlaması,daha gec yaşda menopozun başlaması yaxud da hər ikisi yumurtalıq xərçəngi riskini artıra bilər.
-Heç vaxt hamilə olmamış qadınlarda.Əgər heç vaxt hamilə qalmamısınızsa, yumurtalıq xərçəngi riskiniz arta bilər.
Qarşısının alınması üçün tədbirlər
Yumurtalıq xərçənginin dəqiq müalicəsi yoxdur.Amma xərçəng riskini azaltmağın yolları vardır:
-Doğuşa nəzarət həbləri qəbul etmək.Doğuşa nəzarət həblərinin (oral kontraseptivlər) sizin üçün uyğun olub olmadığını ilk öncə həkiminizlə məsləhətləşin.Doğuşa nəzarət həblərinin qəbulu yumurtalıq xərçəngi riskini azaldır.Ancaq bu dərmanların riskləri də var, buna görə də vəziyyətinizdən asılı olaraq faydalarının bu risklərdən üstün olub-olmadığına əmin olun.
-Risk faktorlarınızı həkiminizdən soruşun.Ailənizdə döş və yumurtalıq xərçəngi varsa, bu barədə həkiminizlə məsləhətləşin.Həkiminiz sizdə xərçəng riskinizin olub-olmamasını
deyəcək.Genetik testin sizin üçün uyğun olub-olmadığına qərar verəcək bir genetik həkimə müraciət edə bilərsiniz.Əgər sizdə yumurtalıq xərçəngi riskini artıran bir gen dəyişikliyi aşkar edilərsə, xərçəngin qarşısını almaq üçün cərrahi yolla yumurtalıqlarınızı çıxarmağı düşünə bilərsiniz.


Yumurtalıq xərçənginin müalicəsi cərrahiyyə və kimyaterapiyadan ibarətdir.