Onkoginekoloq Könül Mərdanova 2006 ci ildə Azərbaycan Tibb Unuversitetinin Müalicə işi fakultəsini fərqlənmə ilə bitirib. 2007 cildə Milli Onkologiya Mərkəzində Onkologiya ixtisasi üzrə internatura ...
Yumurtalıq hüceyrələrinin nəzarətsiz çoxalması və bunun nəticəsində bədxassəli şişin meydana gəlməsi yumurtalıq xərçəngi olaraq təyin edilir. Epitelial yumurtalıq xərçəngi bu xərçənglər arasında ən çox, (ortalama hər 55 qadından 1-də) rast gəlinən xərçəng növüdür. Xəstəlik erkən diaqnozla müalicə oluna bilər, lakin ilkin mərhələdə böyük şikayətlərə səbəb olmadığı üçün gizli şəkildə irəliləyir. Ona görə də ilkin mərhələlərin əlamətləri haqqında ətraflı məlumat alınmalı və bütün şikayətlər yumurtalıq xərçəngi baxımından qiymətləndirilməlidir. Yumurtalıq xərçəngi ilə bağlı ən çox rast gəlinən şikayətlər arasında qarında şişkinlik, xüsusilə qarnın aşağı hissəsində küt ağrılar, iştahanın azalması və ya daimi toxluq hissi, həzm problemləri, ürəkbulanma və kilo itkisi qeyd edilə bilər. Bəzi hallarda xərçəng inkişaf edənə qədər heç bir şikayətə səbəb olmur. Belə hallarda xəstəliyin irəliləməsinin qarşısını almaq və lazımı vaxtda effektiv müalicə üsullarını tətbiq etmək üçün qadınların onkoginekoloji müayinələrə diqqət yetirmələri, mütəmadi olaraq həkim nəzarətində olmaları tövsiyə olunur.