Onkoginekoloq Könül Mərdanova 2006 ci ildə Azərbaycan Tibb Unuversitetinin Müalicə işi fakultəsini fərqlənmə ilə bitirib. 2007 cildə Milli Onkologiya Mərkəzində Onkologiya ixtisasi üzrə internatura ...
Cərrahi yolla vaginanı (uşaqlıq yolunu) kiçiltmək və estetik görünüşünü bərpa etmək üçün vagina divarına icra edilən cərrahi bir prosedurdur. İlk öncə onu qeyd edək ki, uşaqlıq yolu genişlənməsinin əsas səbəblərindən biri, qadının normal doğuş etməsidir. Bundan əlavə, genetik səbəblər, həddindən artıq çəki artımı, hamiləlik və menopauza dönəmi də vaginal divarın əzələlərində sallanmalara səbəb olur ki, bu da uşaqlıq yolunun genişlənməsinə gətiri çıxarır. Bu isə, həm qadın, həm də partnyoru üçün cinsi problemlər yarada bilər. Genişlənmiş vagina səbəbindən kişilər və qadınlar kifayət qədər cinsi həzz ala bilmirlər. Bundan əlavə, cinsi əlaqə zamanı vaginadan müxtəlif səslərin çıxması müəyyən narahatlıq yarada bilər. Bəzən vaginada əzələlərin boşalması səbəbindən sidik qaçırma və orqanların sallanması (sidik kisəsi, yoğun bağırsaq) kimi xoşagəlməz hallar da yarana bilər.
Bəs əməliyyatdan öncə hansı analizlər verilməlidir?