Onkoginekoloq Könül Mərdanova 2006 ci ildə Azərbaycan Tibb Unuversitetinin Müalicə işi fakultəsini fərqlənmə ilə bitirib. 2007 cildə Milli Onkologiya Mərkəzində Onkologiya ixtisasi üzrə internatura ...
Vaginal xərçəng.
Xərçəng erkən mərhələdə aşkar edilərsə,müalicə oluna bilər. Vaginadan kənara yayılan vaginal xərçəngin müalicəsi isə daha çətindir.
Vaginal xərçəngin simptomları
Erkən mərhələdə vaginal xərçəngin heç bir simptomu və əlaməti olmaya bilər. Xəstəlik irəlilədikcə vaginal xərçəng aşağıdakı kimi əlamət və simptomlara səbəb ola bilər:
• Anormal vaginal qanaxma,məsələn cinsi əlaqə və ya menopozdan sonra vaginal qanaxma
• Vaginal axıntı
• Vaginanızda bir parça və ya kütlə
• Ağrılı sidiyə getmə
• Tez-tez sidiyə getmə
• Qəbizlik
• Çanaq ağrısı
Anormal vaginal qanaxma kimi vaginal xərçənglə əlaqəli hər hansı əlamət və simptomlarınız varsa, həkiminizə müraciət edin. Vaginal xərçəngin həmişə əlamət və simptomları büruzə vermədiyi üçün, müntəzəm pelvik müayinələrdən keçmək və həkiminizin tövsiyyələrinə əməl etmək lazımdır.