Xanımlar üçün - UŞAQLIQ POLİPLƏRİ NƏDİR? UŞAQLIQ POLİPLƏRİNİN YARANMA SƏBƏBLƏRİ, ƏLAMƏTLƏRİ VƏ MÜALİCƏSİ
Ünvan

Bakı ş. H. Zərdabi küçəsi,

Telefon

+994505630189

Müayinəyə yazıl
Xanımlar üçün - UŞAQLIQ POLİPLƏRİ NƏDİR? UŞAQLIQ POLİPLƏRİNİN YARANMA SƏBƏBLƏRİ, ƏLAMƏTLƏRİ VƏ MÜALİCƏSİ

Haqqımızda

Onkoginekoloq Könül Mərdanova 2006 ci ildə Azərbaycan Tibb Unuversitetinin Müalicə işi fakultəsini fərqlənmə ilə bitirib. 2007 cildə Milli Onkologiya Mərkəzində Onkologiya ixtisasi üzrə internatura ...

Əlaqə yarat

Bakı ş. H. Zərdabi küçəsi, 79B

+994505630189

[email protected]

UŞAQLIQ POLİPLƏRİ NƏDİR? UŞAQLIQ POLİPLƏRİNİN YARANMA SƏBƏBLƏRİ, ƏLAMƏTLƏRİ VƏ MÜALİCƏSİ
Xanımlar üçün

UŞAQLIQ POLİPLƏRİ NƏDİR? UŞAQLIQ POLİPLƏRİNİN YARANMA SƏBƏBLƏRİ, ƏLAMƏTLƏRİ VƏ MÜALİCƏSİ

UŞAQLIQ POLİPLƏRİ NƏDİR? UŞAQLIQ POLİPLƏRİNİN SƏBƏBLƏRİ, ƏLAMƏTLƏRİ VƏ MÜALİCƏSİ

Qadınlarda menstruasiya dövrünün pozulmasının vacib səbəblərindən biri olan uşaqlıq polipləri nədir? Uşaqlıq poliplərinin səbəbləri, simptomları və müalicəsi ilə bağlı bütün məlumatları məqaləmizdə oxuya bilərsiniz.

Bu məqaləmizdə əksəriyyəti 1-2 sm böyüklüyündə olan bəzən isə böyüklüyü 10 sm-ə qədər böyüyən, xərçəngə çevrilmə ehtimalı demək olar ki olmayan və ciddi sağlamlıq problemləri yaratmayan uşaqlıq polipləri haqqında bilməli olduğunuz məlumatları ətraflı şəkildə qeyd edəcəyik.

UŞAQLIQ POLİPLƏRİ NƏDİR?

Uşaqlıq polipləri uşaqlığın daxili divarına və uşaqlıq boşluğuna doğru uzanan böyümələrdir. Uşaqlığın (endometriya) astarındakı hüceyrələrin həddindən artıq böyüməsi eyni zamanda endometrium polipləri olaraq da bilinən uşaqlıq poliplərinin meydana gəlməsinə səbəb olur. Bu poliplər çox zaman xərçəng riski daşımır (xoş xassəlidir), lakin bəziləri xərçənglı ola bilər və ya xərçəngə (prekanseroz poliplər) çevrilə bilər.

Uşaqlıq poliplərinin ölçüsü bir-iki millimetrdən (susam toxumu qədər) bir neçə santimetrə qədər (golf topu övə ya daha böyük) ola bilər. Çox zaman uşaqlıq divarına nazik bir sapla bağlı olurlar.

Xəstələrdə eyni anda bir və ya daha çox uşaqlıq polipi yarana bilər. Poliplər əsasən uşaqlıq daxilində qalırlar. Bəzi hallarda isə uşaqlıq boynundan (serviks) vaginaya doğru sürüşürlər. Uşaqlıq polipləri əsasən gənc qadınlarda görülsə də, menopoz dövrünə keçən qadınlarda da çox görülməkdədir.

UŞAQLIQ POLİPLƏRİNİN ƏLAMƏTLƏRİ:

Uşaqlıq poliplərinin əlamətləri aşağıdakılardır:

  • Menstrual qanamaların nizamsızlığı
  • İki menstruasiya müddəti arasında qanamalar
  • Menstrual qanamaların həddindən artıq çoxluğu
  • Menopoz dövründə olan vaginal qanamalar
  • Sonsuzluq

Poliplər bəzi qadınlarda sadəcə yüngül qanaxma və ya ləkələnmə şəklində, bəzilərində isə ümumiyyətlə heç bir əlamət olmadan yaranır.

UŞAQLIQ POLİPLƏRİNİN YARANMA SƏBƏBLƏRİ:

Uşaqlıq poliplərinin yaranmasında hormonal amillərin rolu böyükdür. Uşaqlıq polipləri estrogen hormonuna qarşı olduqca həssasdır, yəni qan dövranı zamanı qanda olan estrogenə cavab olaraq böyüyürlər.

UŞAQLIQ POLİPLƏRİNİN MÜALİCƏSİ

Heç bir əlamət göstərməyən kiçik ölçülü poliplər müalicəsiz də yox ola bilərlər. Uşaqlıq xərçəngi yaranma riski yoxdursa, kiçik poliplərin müalicəsinə ehtiyyac yoxdur.

Dərman

Progestinlər və gonadotropin yaradan hormon agonistləri də daxil olmaqla bəzi hormonal dərmanlar polip əlamətlərini azalda bilərlər. Lakin, bu cür dərmanların qəbulu qısamüddətli həll yoludur. Dərman qəbul etmək dayandırıldığı zaman əlamətlər yenidən təkrarlanır.

Cərrahi yolla müdaxilə

Uşaqlıq poliplərinin müalicəsi "Histeroskopiya" adlı üsulla asanlıqla həyata keçirilir. Bu prosedur lokal və ya ümumi anesteziy ilə aparılır və təxminən 15-20 dəqiqə çəkir. Uşaqlığa bir kamera vasitəsilə vajinal yolla girilərək qarın nahiyəsinə kəsiyə ehtiyyac qalmadan polip kökü ilə birlikdə çıxarılır. Bu yolla alınan parça patoloji müayinə üçün götürülür. Əksər hallarda poliplərin patoloji dəyərləndirilməsinin nəticəsi xoşxassəli olur.

Polip müalicəsi zamanı erkən diaqnoz qoyulması və müalicənin düzgün planlaşdırılaraq edilməsi menstrual pozğunluğu, cinsi əlaqədən sonra yaranan qanaxma və ağrı hallarını, sonsuzluq kimi problemləri aradan qaldıra bilər.

Nadir hallarda, uşaqlıq poliplərinin təkrarlanma ehtimalı ola bilər. Belə bir vəziyyətlə qarşılaşardığınız zaman yenidən müalicə olunaraq problemi aradan qaldırmaq mümkündür.