Onkoginekoloq Könül Mərdanova 2006 ci ildə Azərbaycan Tibb Unuversitetinin Müalicə işi fakultəsini fərqlənmə ilə bitirib. 2007 cildə Milli Onkologiya Mərkəzində Onkologiya ixtisasi üzrə internatura ...
Uşaqlıq yolundan gələn hansı ifrazatlar patoloji hesab edilir.
Uşaqlıq yolundan gələn
Belə ifrazatı olan xanımlar bilməlidirlər ki, bu cinsi yolla keçən infeksiyalardir. Bu halda dərhal həkimə müraciət edilməlidir! Ehtiyac olduqda həkim bakteroloji müayinələrdən istifadə edir, infeksiyanın növünü aşkar edir və ona uyğun müalicə aparır. Çünki özbaşına, düzgün aparılmayan müalicələr həmin infeksiyaların daha da patogen olmasına yol açır. Əgər xanımlar özlərində ağ kəsmiyə bənzər ifrazatlar görürsə, bu adətən göbələk infeksiyalarında özünü biruzə verir və sonradan qaşınma əlamətləri ilə ağırlaşır. Amma bu o demək deyildir ki, hər bir bakteroloji müayinədə göbələk aşkar olunursa, onu müalicə etmək lazımdır. Göbələk əgər patogen formadadırsa və xəstəyə narahatlıq verirsə, müalicəyə ehtiyac ola bilər!
Əsasən qəhvəyi rəngli, qanlı-sulu (buna ət suyu kimi ifrazatlar da deyilir) ifrazatlar olduqda gecikdirmədən həkimə müraciət edilməlidir. Çünki bu cür ifrazatlar daha qorxulu sayılır. Burada uşaqlıq boynunun, endometrianın polipləri olduqda, uşaqlıq boynunun eroziyasında, endometriyanın hiperplaziyasında və ən əsası uşaqlıq boynunun və endometriyanın xərçəngində qəhvəyi rəngli və ya qanlı-sulu ifrazatlar ola bilər. Belə ifrazatları olan xanımlar, xüsusilə ilə də postmenopauzal dövrdə olan xanımlar müayinəni gecikdirməməli və bunun altında yatan patologiyalar aydınlaşdırılmalıdır!