Onkoginekoloq Könül Mərdanova 2006 ci ildə Azərbaycan Tibb Unuversitetinin Müalicə işi fakultəsini fərqlənmə ilə bitirib. 2007 cildə Milli Onkologiya Mərkəzində Onkologiya ixtisasi üzrə internatura ...
Poliplər endometriumdan (uşaqlığın daxili qişası) inkişaf edib uşaqlıq boşluğuna doğru uzanan patoloji törəmədir. Poliplərin vaxtında aşkarlanıb müalicə olunması həm də ona görə lazımdır ki, bəzən bədxassəli şişə çevrilə bilirlər.
Əlamətləri nələrdir?
Poliplərin ən əsas kliniki əlaməti mensturasiya pozğunluğunun əmələ gəlməsidir. Menstural pozğunluqlar özünü müxtəlif şəkildə göstərir. Belə ki, bu zaman mensturasiyanın tez–tez və düzənsiz olması, menstural qanın normadan çox olması, mensturasiyalar arası dövrdə qanaxmaların olması kimi əlamətlər ortaya çıxır. Bunlardan əlavə, sonsuzluq, menopauzada olan qadınlarda uşaqlıq qanaxması, polipin böyük ölçüsündə sancışəkilli ağrı əlamətləri də meydana çıxa bilər.