Xanımlar üçün - Uşaqlıq boynu xərçənginin skrininqi - Pap smear testi
Ünvan

Bakı ş. H. Zərdabi küçəsi,

Telefon

+994505630189

Müayinəyə yazıl
Xanımlar üçün - Uşaqlıq boynu xərçənginin skrininqi - Pap smear testi

Haqqımızda

Onkoginekoloq Könül Mərdanova 2006 ci ildə Azərbaycan Tibb Unuversitetinin Müalicə işi fakultəsini fərqlənmə ilə bitirib. 2007 cildə Milli Onkologiya Mərkəzində Onkologiya ixtisasi üzrə internatura ...

Əlaqə yarat

Bakı ş. H. Zərdabi küçəsi, 79B

+994505630189

[email protected]

Uşaqlıq boynu xərçənginin skrininqi - Pap smear testi
Xanımlar üçün

Uşaqlıq boynu xərçənginin skrininqi - Pap smear testi


Pap smear testi üçün 5-10 saniyə ərzində fırça köməyi ilə serviksdən (uşaqlıq boynu) yaxma alınır. Xəstə ağrı və narahatlıq hiss etmir. Prosedur zamanı uşaqlıq boynuna daha asan çatmaq üçün spekulum deyilən alətlə uşaqlıq boynunu böyütmək lazım gəlir.

Servikal hüceyrələr, hər hüceyrəmiz kimi, müxtəlif səbəblərə görə dəyişikliklərə məruz qala bilər. Bu dəyişikliyə məruz qalan hüceyrələrə "xərçəng xəbərçisi hüceyrələri (hüceyrə displaziyası)" deyilir. Pap semar testi ilə bu proses ağır mərhələlərə keçid etməmiş xəstəliyi müəyyən etmək mümkündür. Xərçəng mərhələsi başlamazdan əvvəl bir qadın 100% bu xəstəliklərdən sağala bilər. Müalicədən sonra kimyəvi terapiya və ya radioterapiyaya ehtiyac yoxdur. Uşaqlıq qorunduğu üçün qadının prosedurdan sonra hamilə qala bilməsi mümkündür.