Xanımlar üçün - Uşaqlıq boynu xərçəngi, əlamətləri, simptomları və müalicəsi
Ünvan

Bakı ş. H. Zərdabi küçəsi,

Telefon

+994505630189

Müayinəyə yazıl
Xanımlar üçün - Uşaqlıq boynu xərçəngi, əlamətləri, simptomları və müalicəsi

Haqqımızda

Onkoginekoloq Könül Mərdanova 2006 ci ildə Azərbaycan Tibb Unuversitetinin Müalicə işi fakultəsini fərqlənmə ilə bitirib. 2007 cildə Milli Onkologiya Mərkəzində Onkologiya ixtisasi üzrə internatura ...

Əlaqə yarat

Bakı ş. H. Zərdabi küçəsi, 79B

+994505630189

[email protected]

Uşaqlıq boynu xərçəngi, əlamətləri, simptomları və müalicəsi
Xanımlar üçün

Uşaqlıq boynu xərçəngi, əlamətləri, simptomları və müalicəsi

Uşaqlıq boynu xərçəngi uşaqlıq boynunun hüceyrələrində, vaginaya birləşən uşaqlığın aşağı hissəsində meydana gələn xərçəng növüdür. Uşaqlıq boynu xərçənginə daha çox cinsi yolla keçen infeksiya olan insan papilloma virusu səbəb olur.
Çox az insanlarda bu virus illərlə bədəndə qalır və uşaqlıq boynu hüceyrələrinin xərçəng hüceyrələrinə çevrilməsinə səbəb olur. Tarama( skrininq) testləri edərək, HPV infeksiyasına qarşı peyvənd olunaraq uşaqlıq boynu xərçənginin inkişaf riskini azalda bilərsiniz.

Uşaqlıq boynu xərçəngini simptomları

Uşaqlıq boynu xərçənginin erkən mərhələlərində heç bir əlamət və simptom olmaya bilər. İnkişaf etmiş uşaqlıq xərçənginin əlamətləri və simptomplarına aşağıdakılar daxildir.
• Menopozdan sonra, cinsi əlaqə zamanı yaxud da sonradan vajinal qanaxma
• Xoşagəlməz qoxusu olan sulu, qanlı vaginal axıntı
• Pelvik ağrı və cinsi əlaqə zamanı ağrı

Sizi narahat edən hər hansı bir əlamət olduqda, həkiminizə müraciət edin.

Uşaqlıq boynu xərçənginin səbəbləri

Uşaqlıq boynu xərçəngi uşaqlıq boynundakı sağlam hüceyrələrin DNT-sində dəyişikliklər,mutasiyalar inkişaf etdikdə meydana gəlir. Sağlam hüceyrələr müəyyən bir sürətlə böyüyüb,çoxalır,müəyyən bir zamandan sonra isə ölür. Mutasiyaya uğramış hüceyrələr nəzarətsiz şəkildə böyüyür, çoxalır və ölmürlər. Yığılan anormal hüceyrələr kütlə (şiş) əmələ gətirir. Xərçəng hüceyrələri yaxınlıqdakı toxumaları işğal edir və şişdən ayrılarAq bədənin başqa yerlərinə yayılır.
Uşaqlıq xərçənginin səbəbinin nə olduğu bəlli deyil amma, HPV-nin rol oynadığı bəllidir. HPV çox yayğın bir virusdur və bu virusa yoluxan insanların əksəriyyətində xərçəng heç inkişaf etmir. Bu o deməkdirki, ətrafınız və ya həyat tərziniz uşaqlıq boynu xərçənginin inkişaf edib-etməməsinə təsir edir.

Uşaqlıq boynu xərçənginin növləri

Uşaqlıq boynu xərçənginin tək müalicəsi onun növündən asılı olaraq müəyyənləşir.Serviks(uşaqlıq boynu) xərçənginin əsas növləri bunlardır:
• Sküamoz hüceyrəli karsinoma. Serviks xərçənginin bu növü uşaqlıq boynunun xarici hissəsini əhatə edən və vajinaya doğru uzanan incə,düz hüceyrələrdə meydana gəlir.
• Adinokarsinoma.Uşaqlıq boynu xərçənginin bu növü isə serviks kanalını əhatə edən sütunşəkilli vəz hüceyrələrində əmələ gəlir.

Bəzən uşaqlıq boynu xərçəngi hər iki hüceyrədə yarana bilər.
Çox nadir hallarda xərçəng uşaqlıq boynunun digər hüceyrələrində əmələ gəlir.


Risk faktorları

Uşaqlıq boynu xərçənginin risk faktorlarına bunlar daxildir:
• Bir çox cinsi partnyorun olması. Cinsi partnyorların sayı nə qədər çox olarsa və partnyorunuzun da cinsi partnyorlarının sayl nə qədər çox olarsa,HPV-yə yoluxma şansınız bir o qədər çox olar.
• Erkən yaşda cinsi fəaliyyət. Erkən yaşda cinsi əlaqəyə girmək HPV-yə yoluxma riskini artırır.
• Cinsi yolla ötürülən digər infeksiyalar. Xlamidiya, qonoreya, sifilis və HİP/AİDS kimi cinsi yolla ötürülən infeksiya HPV riskini artırır.
• İmmun sisteminin zəifləməsi. İmmun sistemi zəiflərsə və sizdə HPV virusu aşkar edilərsə uşaqlıq boynu xərçənginə tutulma ehtimalı saha yüksək ola bilər.
• Siqaret çəkmək. Siqaret sküamoz hüceyrəli uşaqlıq boynu xərçənginə səbəb olur.
• Hamiləliyin qarşısını almaçün dərman qəbul etmək. Əgər ananız 1950-ci illərdə hamilə olarkən dietilstilbestrol (DES) adlı dərman qəbul edibsə, sizin şəffaf hüceyrəli adenokarsinoma adlanan uşaqlıq boynu xərçənginə tutulma riskinizi artıra bilər.

Xəstəliyin qarşısının alınması

Uşaqlıq boynu xərçəngi riskini azaltmaq

• HPV-yə qarşı peyvənd haqqında həkiminizlə məsləhətləşin.HPV- infeksiyasına qarşı peyvənd olunmaq uşaqlıq boynu xərçəngi və digər HPV-lə əlaqəli xərçəng riskini azalda bilər. Həkiminizdən HPV peyvəndinin sizin üçün uygun olub olmadığını soruşun.
• Rutin olaraq PAP testlərindən keçin. PAP testləri uşaqlıq boynu xərçəngini qarşısını almaq üçün serviks xərçəngindən əvvəlki vəziyyəti aşkar edərək, onu izləməyə və müalicə etməyə kömək edir. Əksər tibb qurumlarl 21yaşdan başlayaraq PAP testlərini etməyə başlamağı və bir neçə ildən bir təkrarlamağı məsləhət görür.
• Təhlükəsiz cinsi əlaqə. Hər cinsi əlaqə zamanı prezervativdən istifadə edərək, cinsi partnyorların sayını məhduslaşdırarAq cinsi yolla ötürülən infeksiyaların qarşısını almaqla uşaqlıq boynu xərçəngini riskini azaldır.
• Siqaret çəkməyi dayandırmaq. Siqaret çəkmirsizsə, başlamayın. Yox əgər çəkirsinizsə,həkiminizlə məsləhətləşərək siqareti tərgizməyə çalışın.