Onkoginekoloq Könül Mərdanova 2006 ci ildə Azərbaycan Tibb Unuversitetinin Müalicə işi fakultəsini fərqlənmə ilə bitirib. 2007 cildə Milli Onkologiya Mərkəzində Onkologiya ixtisasi üzrə internatura ...
Hamımız bilirik ki, sağlam həyat sürmək üçün, sağlam qidalanma da çox vacibdir. Bəs, sağlam qida dedikdə nəyi nəzərdə tuturuq?
Sağlam qidalanma, insanın böyüməsi, inkişafı, sağlam və məhsuldar həyatı üçün lazım olan qida maddələrinin kifayət miqdarda istifadəsidir. Fiziki olaraq aktiv olmaq, normadaxili çəkini saxlamaq, siqaret çəkməmək, spirt istehlakını mümkün qədər məhdudlaşdırmaq və sağlam qidalanmaq bədəninizin güclü və dinamik qalması üçün vacib amillərdir.
Sağlam pəhriz saxlamaq xərçəng xəstələri üçün çox vacibdir. Zülal, karbohidratlar, yağlar, vitaminlər və minerallar kimi ehtiyac duyduğunuz qidaları əldə etmək bu xəstəliklə mübarizə aparmağa kömək edəcək. Bir çox insan xərçəng müalicəsindən sonra uzun illər sağlam həyat sürür. Bu səbəblə, sağlam qidalanma və fiziki aktiv olmaq, daha dinamik və sağlam həyat yaşamaq üçün vacibdir.
Xərçəng xəstələrində böyük əhəmiyyət kəsb edən qidalanma anlayışı, digər insanların tətbiq etməli olduğu pəhrizdən çox da fərqlənmir. Burada vacib olan amil müalicənin yan təsirlərindən asılı olaraq fərdin adekvat və balanslı bir pəhrizə davam etməsidir.
Müalicədən əvvəl xəstələrə aşağıdakı müxtəlif sağlam qidalanma tövsiyələri verilir.
✅Gündə ən az 5 porsiya müxtəlif rəngli tərəvəz və meyvələr istehlak edin.
✅Kəpəkli taxıl məhsullarına üstünlük verin.
✅Xüsusilə yağlı ət istehlakını azaldın.
✅Protein istehlakınızı artırın.
✅Kimyaterapiyanın zərərli təsirlərini minimuma endirmək üçün xüsusilə müalicə zamanı ən az 2 litr su için
✅ Qidalandırıcı təsiri olmayan və ya az olan, tərkibində həddindən artıq şəkər və yağ olan qidalardan çəkinin.