Onkoginekoloq Könül Mərdanova 2006 ci ildə Azərbaycan Tibb Unuversitetinin Müalicə işi fakultəsini fərqlənmə ilə bitirib. 2007 cildə Milli Onkologiya Mərkəzində Onkologiya ixtisasi üzrə internatura ...
Sağlam bir həyat tərzi ilə xərçəng riskini azaltmaq mümkündür. Bəs bunun üçün nələrə diqqət etməliyik?
Xərçəng riskini azaltmaq üçün gündə ən az 30 dəqiqə idman etmək və fiziki aktivliyi artırmaq lazımdır.
Bundan əlavə artıq çəki , piylənmə bağırsaq, qaraciyər, böyrək, qadın xərçəngləri də daxil olmaqla bir çox xərçəng növlərini tətikləyə bilir.
Qeyd edim ki, əziz xanımlar, sağlam həyat tərzi dedikdə eyni zamanda rutin müayinələr də nəzərdə tutulur. Nə qədər aktiv bir həyat tərziniz olsa da, nə qədər idmanla məşğul olsanız da, digər səbəblərdən də xərçəng riski yarana bilər. Rutin müayinələr və erkən diaqnozla bu xəstəliyin öhtəsindən gəlmək və həyat keyfiyyətini daim yüksək səviyyədə tutmaq mümkündür.