Xanımlar üçün - Qız uşaqlarında yumurtalıq disfunksiyaları
Ünvan

Bakı ş. H. Zərdabi küçəsi,

Telefon

+994505630189

Müayinəyə yazıl
Xanımlar üçün - Qız uşaqlarında yumurtalıq disfunksiyaları

Haqqımızda

Onkoginekoloq Könül Mərdanova 2006 ci ildə Azərbaycan Tibb Unuversitetinin Müalicə işi fakultəsini fərqlənmə ilə bitirib. 2007 cildə Milli Onkologiya Mərkəzində Onkologiya ixtisasi üzrə internatura ...

Əlaqə yarat

Bakı ş. H. Zərdabi küçəsi, 79B

+994505630189

[email protected]

Qız uşaqlarında yumurtalıq disfunksiyaları
Xanımlar üçün

Qız uşaqlarında yumurtalıq disfunksiyaları

Yumurtalıqların fəaliyyətində baş verən dəyişikliklər fonunda qadın orqanizmində müxtəlif tipli pozulmalar ola bilir. Qadın cinsiyyət orqanlarının əsas ifrazat mənbəyi olan yumurtalıqlar qadın orqanizmində vacib vəzlərdən biridir. Bu vəzlərin fəaliyyəti pozulduqda orqanizmdə hormonal disfunksiyalar yaranır. Bu özünü bir çox şikayətlərlə biruzə verir. Bəzi hallarda menstruasiya dövrü fazaların xarakterində dəyişikliklər ola bilir. Belə ki, xanımlar güclü, uzunmüddət davam edən, ağrılı aybaşı keçirirlər. Digər hallarda isə aybaşı fazasının qısalması, (ayda iki dəfə və daha çox), və ya aybaşı dövrü fazaları arasındakı dövrün uzanması baş verir. Normalda qadın 28 gündən bir 5-7 gün davam edən aybaşı görməlidir. Yuvenil, reproduktiv və premenopozal dövrlərdə olan qadınların yumurtalıq disfunksiyaları kimi problemləri ola bilər.
Bu gün ilk olaraq sizə yuvenil dövrdə olan yumurtalıq disfunksiyası haqqında ətraflı məlumat verməyi düşündüm.
Belə ki, menarxi dövründə - (qızlarda ilk aybaşı dövrü. Orta statistikaya əsasən bu dövr 11-13 yaşlarında başlayır) cinsi yetişkənlik dövründə olan qızlarda bu dövr 16-18 yaşa qədər davam edir. Hansı ki, artıq reproduktiv sistem tam formalaşmış olur və hamiləlik üçün orqanizm hazır olur. Yəni İlk başlanılan menarxi dövründən 16-18 yaşa kimi olan dövrdə yumurtalıq disfunksiyaları yuvenil desfunksiaları adlanır.
Məhz bu dövrdə qızlar qeyri reguliar, ağrılı və güclü (hətta qanaxmaya səbəb olacaq dərəcədə) aybaşılarla rastlaşırlar. Çox təəssüf ki, bu yaşda olan qızlarımız heç bir müayinələrdən keçmədən yersiz hormonal preparatlarla müalicə olunurlar. Yuvinil dövrdə olan yumurtalıq disfunksiyaları ciddi problemlərə, hətta sonsuzluğa da gətirib çıxarır. Bu dövrdə Yumurtalıq disfunksiyasının digər əlamətləri piylənmə və həddindən artıq tüklənmə də ola bilər. Bu səbəblərdən ginekoloji müayinələr gecikdirilməməli, düzgün müayinə və müalicələr təyin olunmalıdır. Hormonal, ultrason, qalxanvari vəzin müayinəsi, ehtiyac olarsa, baş-beyin MRT-si həyata keçirilməlidir. Adətən bir il ərzində ümumi səhətinə mənfi təsir edən heç bir əlamət yoxdursa, yuvenil dövrdə olan qızlara heç bir müalicə təyin olunmamalı, sadəcə dinamik nəzarət edilməlidir.