Onkoginekoloq Könül Mərdanova 2006 ci ildə Azərbaycan Tibb Unuversitetinin Müalicə işi fakultəsini fərqlənmə ilə bitirib. 2007 cildə Milli Onkologiya Mərkəzində Onkologiya ixtisasi üzrə internatura ...
Ölkəmizdə və bütün dünyada D vitamini çatışmazlığı diqqət edilməsi vacib olan sağlamlıq problemlərindəndir. Bəs D Vitaminin xüsusilə bəzi sistem xəstəliklərinə və onkoloji xəstəliklərə faydalı olduğunu bilirsinizmi?
Əziz izləyicilər, qeyd edim ki, D vitaminin ən vacib qaynağı günəş şüalarıdır. Xalq dili ilə desək ğünəş vannası ilə gündəlik D vitamini ehtiyaclarınızın 80 %-ni qarşılaya bilərsiniz. D vitamini immunitet sisteminin gücləndirilməsi üçün vacibdir.
Günəş şüalarının təsirindən dəridə yaranan D vitamini onkoloji xəstəliklərdə və ümumiyyətlə xəstəliklərin proflaktikasında, immun sisteminin möhkəmləndirilməsində danılmaz rola malikdir.
Araşdırmalar göstərir ki , D vitamini Kalsium və fosfor mübadiləsini tənzimləyir, sümükləri və dişləri kalsiumla gücləndirir. Hüceyrələrin böyüməsində, əzələ və sinir sistemlərinin nizamlı fəaliyyətində mühüm rol oynayır. Qan təzyiqinin tənzimlənməsində və immunitet sisteminin gücləndirilməsində də əhəmiyyətli bir rola sahibdir. Son illərdə aparılan araşdırmalar sübut edir ki, D vitamini yoğun bağırsaq, sümük, dəri , süd vəzi xərçəngi, ümumiyyətlə onkoloji xəstəliklər üzərində qoruyucu təsirə malikdir.
Qeyd edək ki, D vitaminini günəş şüaları ilə qəbul etmək üçün düzgün saatlara diqqət etmək vacibdir. Əgər D vitamini Onkoloji xəstəliklər zamanı həm profilaktika, həm də remissiya dövründə dərman şəkilində qəbul ediləcəksə, mütləqdir ki, qanda D vitamini səviyyəsi yoxlanılsın və D vitamini həkim tərəfindən təyin edilsin.