Onkoginekoloq Könül Mərdanova 2006 ci ildə Azərbaycan Tibb Unuversitetinin Müalicə işi fakultəsini fərqlənmə ilə bitirib. 2007 cildə Milli Onkologiya Mərkəzində Onkologiya ixtisasi üzrə internatura ...
Menopoz reproduktiv yaşın sonunu qeyd edən bir dövrdür. Qadınların həyatında təbii bioloji prosesdən sonra menstruasiya qanamasının dayanması “menopoz” adlanır. Bu dövrdə yumurtalıqların qocalması səbəbindən estrogen və progesteron hormonlarının istehsalı dayanır. Menopoz zamanı xərçəngin qarşısını almaq üçün riayət edilməli 4 əsas nüans:
Menopozda olan qadınlar 6 aydan bir ginekoloq müayinəsindən keçməli
Vaginal yaxma testi hər il aparılmalı
Hər il mamoqramma aparılmalı
Qan testi və hormon dəyərləri (FSH, PRL, TSH kimi) ildə bir dəfə yoxlanılmalıdır.
Diqqət! 1 il ərzində aybaşı yoxdursa bu artıq postmenopauzal dövrdü və heç bir axıntı olmamalıdır!