Onkoginekoloq Könül Mərdanova 2006 ci ildə Azərbaycan Tibb Unuversitetinin Müalicə işi fakultəsini fərqlənmə ilə bitirib. 2007 cildə Milli Onkologiya Mərkəzində Onkologiya ixtisasi üzrə internatura ...
Uşaqlıq boynunun, yəni serviksin müayinəsində istifadə edilən (qeyri-invaziv) üsul olan "kolposkopiya" 1900-cü illərin əvvəllərindən etibarən tətbiq olunmağa başlamışdır. Kolposkopiya nədir? Kolposkopiya proseduru nə qədər davam edir? Kolposkopiya nəticəsinə əsasən biopsiya edildikdə cavab dərhal çıxa bilərmi? Nəyə görə kolposkopiya edilir? Kolposkopiya ağrılı prosedurdurmu? Kolposkopiya zamanı anesteziyaya ehtiyyac varmı? Kolposkopiya üçün göstəricilər hansılardır? Hamiləlik zamanı kolposkopiya edilə bilərmi? kimi ən çox maraqlanılan sualların cavabını məqaləmizdə tapa biləcəksiniz.
Mündəricat
Kolposkopiya həkimlərə uşaqlıq boynunu müayinə etməyə imkan verən qeyri-invaziv bir üsuldur. Uşaqlıq boynunu 6-40 dəfə daha böyük göstərəbilən kolposkop adlı işıqlı alət ilə serviksi daha aydın şəkildə görmək və daha dəqiq qiymətləndirmək mümkündür.
Kliniki prosedur olan kolposkopiya metodunda istifadə edilən kolposkop işıqlı lupadan ibarət olan və durbinə bənzəyən bir alətdir. Adi qaydada edilən ginekoloji müayinənin kolposkopiya metodu ilə böyüdərək edilməsi başda uşaqlıq boynu xərçənginin aşkar edilməsi və eyni zamanda vaginanın da dəqiq müayinəsinə imkan verir.
Kolposkopiya müayinəsi zamanı şübhəli bir şey nəzərə çarpdığı zaman kolposkopik biopsiya edilərək şübhəli bölgənin incələnməsi mümkündür.
KOLPOSKOPİYA HANSI XƏSTƏLİKLƏR ZAMANI İSTİFADƏ OLUNUR?
Kolposkopiya uşaqlıq boynu xərçəngini (serviks xərçəngi) erkən mərhələdə, xüsusilə klinik əlamətlər olmadan aşkar etməyə kömək edir. Kolposkopiya sitologiya nəticələrində və smear testində normadan kənar göstəriciləri olan, HPV testində HPV 16 və ya 18 göstəriciləri müsbət çıxan xəstələrdə isitfadə olunur. Uşaqlıq boynu xərçəngi yavaş irəliləyən xərçəng olduğu üçün ginekoloji müayinələr zamanı baş verən dəyişikliklər kolposkopiya ilə daha dəqiq dəyərləndirilə bilir.
Uşaqlıq boynu xərçənginin erkən diaqnozunda həyati rolu olan kolposkopiyanın istifadəsi sadəcə bununla məhdudlaşmır. "Kolposkopiya nə üçün edilir?" sualın əsas cavabı uşaqlıq boynu xərçənginin erkən diaqnozudur. Bununla yanaşı bir çox qadın xəstəliyin təqibində və diaqnozunda da istifadə edilə bilər.
"Nəyə görə kolposkopiya edilir?", "Kolposkopiya üçün göstəricilər hansılardır?" və ya "Kolposkopiya nə zaman edilməlidir?" suallarına cavabları aşağıdakı kimi sıralaya bilərik:
Kolposkopiya, vajinal toxumadakı prekanseröz, yəni xərçəng hələ meydana gəlməmiş, lakin xərçəng inkişaf etdirə bilən dəyişiklikləri təyin etmək üçün edilə bilər.
Bunlara əlavə olaraq kolposkopiya aşağıdakı hallarda da edilə bilər:
Kolposkopiya müayinəsi etdirmək qadınlarda qorxu hissi yarada bilər. Kolposkopiya proseduru əslində ağrısız və demək olar ki, risksiz bir prosedur olsa da, qorxular xəstədə narahatlığa səbəb ola bilər. Kolposkopiyanın yaratdığı narahatlığı azaltmaq üçün prosedurla bağlı bütün detalları öyrənmək vacibdir.
Kolposkopiya klinik şəraitdə edilən prosedurdur.
Xəstə, çanaq müayinəsi və yaxma (smear) testi zamanı olduğu kimi ayaqları dəstəkləyən bir masada arxası üstə uzanır.
Vajinal divarın açılmasına kömək edən bir spekulum aparatı vajinaya qoyulur və serviksə daha rahat baxılmağına şərait yaradılır.
Daha rahat və aydın bir görüntü üçün serviks xüsusi maddə ilə yuyulur.
Anormal hüceyrələrin görünməsini asanlaşdıran bu yuma prosesi bəzən yanma hissinə səbəb ola bilər.
Kolposkopiya aləti vajinanın bir neçə sm önünə yerləşdirilir. Kolposkopiya aləti xəstəyə toxunmur və vajinaya girmir.
Toxumaları 6-40 dəfə böyüdən kolposkopiya cihazı ilə vajinanın iç tərəfi işıqlandırılaraq daha aydın bir görüntü əldə edilir.
Şübhəli bir lezyonun göründüyü hallarda Kolposkopik biopsiya edilir.
Kolposkopik biopsiya necə aparılır?
Kolposkopiya müayinəsi zamanı şübhəli toxumalar aşkar edildikdə, biopsiya forsepsli ilə bütün şübhəli lezyonlardan kolposkopik biopsiya edilə bilər.
Kolposkopik biopsiya zamanı birdən çox bölgədən biopsiya götürülə bilər.
Kolposkopik biopsiya aparmaq üçün xüsusi bir alətdən istifadə olunur və alınacaq hissənin ölçüsü patoloji müayinəyə kifayət edəcək böyüklükdə olmalıdır.
Kolposkopiya proseduru nə qədər davam edir?
Kolposkopiya prosedurunun müddəti kolposkopik biopsiyanın edilib edilməyəcəyinə uyğun olaraq dəyişə bilər. Ümumilikdə proses 5 -15 dəqiqə arasında davam edir.
Kolposkopiya proseduru ağrılıdırmı?
Prosedur zamanı kolposkopiya vajinaya daxil olmadığı üçün ağrı hiss olunmur.
Uşaqlıq boynunu açıq tutmaq üçün vajinal spekulumdan istifadə edildiyi üçün vaginada yüngül təzyiq hiss oluna bilər.
Daha dəqiq görüntü əldə etmək üçün uşaqlıq boynunun yuyulduğu maddə sancma və ya yanma hissinə səbəb ola bilər.
Bununla birlikdə, ağrı, həkimin şübhəli gördüyü və kolposkopik biopsiyaya ehtiyacı duyduğu zaman parçanın alındığı bölgəyə görə də dəyişə bilər.
Servikal bölgədə sinirlər çox olmadığı üçün bu bölgədə aparılan biopsiyalar ümumiyyətlə ağrılı olmur. Serviks nahiyəsindən biopsiya götürüldüyü zaman xəstə yüngül təzyiq və ağrı hiss edə bilər.
Vagina və vulvanın aşağı hissəsində aparılan biopsiya ağrıya səbəb ola bilər. Bəzən birdən çox hissədən parça götürülməsinin tələb olunduğu hallarda lokal anesteziya tətbiq oluna bilər.
Kolposkopiya və kolposkopik biopsiyanın riskləri nələrdir?
Kolposkopiya təhlükəsiz bir üsuldur və təhlükəsiz bir prosedur olduğu üçün də dəfələrlə təkrarlana bilər.
Kolposkopik biopsiya zamanı nadir hallarda:
Kolposkopiyadan sonra qanaxma ola bilərmi?
Kolposkopiya zamanı kolposkap aləti vaginaya toxunmadığı üçün ağrı və ya qanaxma halları müşahidə olunmur. Lakin, lazım görüldüyü zaman edilən kolposkopiya biopsiyası zamanı yüngül qanaxma yaşana bilər. Qanaxma miqdarı biopsiya ediləcək bölgəyə və biopsiya üçün alınacaq parçaların çoxluğuna görə dəyişə bilər. Kolposkopik biopsiya zamanı baş verən qanaxmalar qısa müddətdə dayandırılabilən sadə qanaxmalar şəklində olur.
Kolposkopiyadan sonra axıntılar olabilərmi?
Kolposkopiya və kolposkopik biopsiyadan sonra axıntı yaşana bilər. Kolposkopiya proseduru zamanı serviksin dəqiq görünməyi və ya biopsiya zamanı kiçik qanaxmaların qarşısını almaq məqsədilə istifadə edilən maye məhsullar daha sonra axıntıya səbəb ola bilər. Kolposkopiyadan sonra axıntılar izlənilməli əgər tünd, sarı rəngli və pis qoxulu axıntı olarsa həkimə müraciət edilməlidir.
Kolposkopiyanın nəticəsi dərhal verilirmi?
Əgər kolposkopik biopsiya edilərsə nəticələrin çıxmağı bir neçə gün gecikə bilər.
Hamiləlik zamanı kolposkopiya edilə bilərmi?
Hamilə xanımlar "Hamiləlik zamanı kolposkopiya edilə bilərmi?” sualının tez-tez soruşurlar. Kolposkopiya tamamilə təhlükəsiz bir prosedurdur və hamiləlik zamanı da edilə bilər. Kolposkopik biopsiya edilməsi zəruri olduğu hallarda isə diqqətli olmaq lazımdır. Hamiləlik zamanı kolposkopiya sadəcə bu sahədə mütəxəssis olan həkimlər tərəfindən edilməlidir. Aşağı dərəcəli lezyonlar üçün hamilə olmayan qadınlarda biopsiya edildiyi halda, hamilə qadınlarda sadəcə xərçəng şübhəsinə səbəb olan lezyonlarda edilə bilər. Xərçəng şübhəsi olmayan lezyonların incələnməsi doğuşdan sonra edilməlidir. Hamilə olmayan xəstələrə edilən uşaqlıq kanalının qaşınaraq təmizlənməsi proseduru hamilə qadınlara tətbiq olunmur.
Kolposkopiya zamanı anesteziya edilmi?
Kolposkopiya ümumilikdə anesteziyaya ehtiyyac olmadan edilən prosedurdur. Vaginanın və vulvanın aşağı hissəsində kolposkopik biopsiya zamanı lokal anesteziyadan istifadə edilə bilər.
Kolposkopiyadan sonra nələrə diqqət yetirilməlidir?
Kolposkopiya zamanı biopsiya edilmirsə gündəlik işlərinizi məhdudlaşdırmağınıza ehtiyac yoxdur. Prosedur sonrası bir neçə gün ərzində çox yüngül qanaxma və ya axıntı ola bilər.
Kolposkopik biopsiyadan sonra
Duş qəbul etməyin hərhansı bir ziyanı yoxdur.
Bir müddət cinsi əlaqədən çəkinmək lazımdır.
İstifadə olunan dərmanlar həkimdən soruşularaq davam etdirilə bilər.
Kolposkopiyadan sonra menstruasiyada gecikmə olurmu?
Çox nadir olsa da, bəzi xəstələrdə kolposkopiyadan sonra aybaşı gecikməsi ola bilər.
Kolposkopiyadan sonra cinsi əlaqə necə olmalıdır?
Kolposkopiyadan sonra cinsi əlaqəni kəsməyə ehtiyac yoxdur. Lakin kolposkopik biopsiya aparılırsa, 2-3 gün ərzində cinsi əlaqədən çəkinmək lazımdır.
Kolposkopiyadan sonra qasıq ağrısı ola bilərmi?
Kolposkopiya prosedurundan sonra qasıq ağrısına rast gəlinmir. Bununla birlikdə, kolposkopik biopsiya edilən xəstələrdə yüngül qasıq ağrısı ola bilər.
Kolposkopiya hamilə qalmağa təsir edə bilərmi?
Kolposkopiya və kolposkopik biopsiya hamiləliyə təsir göstərmir. Biopsiya zamanı alınan toxuma nümunələri çox kiçik olduğundan hamiləliyə mənfi təsir göstərmir.
Kolposkopiya hansı şöbə və həkim tərəfindən aparılır?
Kolposkopiya ginekologiya şöbəsinin həkimləri tərəfindən aparılır
LEEP nedir?
“Kolposkopik biopsi sonuçları anormal çıkan hastalarda anestezi altında rahim ağzının bir miktar tam kat çıkarılma işlemidir. İşlem sonrasında lezyonun rahmin içine doğru devamlılığı ve yaygınlığı araştırılır. Biyopsi sonucuna karşı tedavi ve takip açısından daha etkin bir yöntemdir.
Kolposkopik biopsiya zamanı şübhəli nəticə olan xəstələrdə anesteziya ilə serviksin bir hissəsinin çıxarılması prosedurudur. Prosedurdan sonra lezyonun uşaqlığın içərisinə tərəf olan davamlılığı və yayılma dərəcəsi araşdırılır. Biopsiya nəticəsinə əsasən xəstəliyin müalicəsi və incələnməsi zamanı daha təsirli bir üsuldur.