Xanımlar üçün - HPV VİRUSU, HPV PEYVƏNDİ VƏ HPV TESTİ NƏDİR?
Ünvan

Bakı ş. H. Zərdabi küçəsi,

Telefon

+994505630189

Müayinəyə yazıl
Xanımlar üçün - HPV VİRUSU, HPV PEYVƏNDİ VƏ HPV TESTİ NƏDİR?

Haqqımızda

Onkoginekoloq Könül Mərdanova 2006 ci ildə Azərbaycan Tibb Unuversitetinin Müalicə işi fakultəsini fərqlənmə ilə bitirib. 2007 cildə Milli Onkologiya Mərkəzində Onkologiya ixtisasi üzrə internatura ...

Əlaqə yarat

Bakı ş. H. Zərdabi küçəsi, 79B

+994505630189

[email protected]

HPV VİRUSU, HPV PEYVƏNDİ VƏ HPV TESTİ NƏDİR?
Xanımlar üçün

HPV VİRUSU, HPV PEYVƏNDİ VƏ HPV TESTİ NƏDİR?

HPV Testi nədir?

HPV testi, Pap smear testi zamanı ya da uşaqlıq boynundan götürülmüş toxuma nümunəsindən edilir. HPV testi edilməsinin səbəbi yüksək riskli lezyonların müəyyənləşdirilməsi məqsədi daşıyır. HPV testi adi testlər zamanı edilmir. Xüsusilə 30 yaşdan yuxarı qadınlara tətbiq olunur.

HPV( İnsan Papilloma Virusu) Peyvəndi Nədir?

Servikal xərçəngə səbəb ola biləcək HPV(İnsan papilloma virusu) virusunun xərçəng əmələ gətirən 15 fərqli növü mövcuddur. Tip 16 və Tip 18 HPV səbəbiylə yaranan xərçənglərin 75%-ni təşkil edir. HPV peyvəndi orqanizmdə Tip 16 və Tip 18-ə qarşı qoruma yaradır. Eyni zamanda ziyillərin əmələ gəlməsinə səbəb olan Tip 6 və Tip 11-ə qarşı da qorunma təmin edir.

Peyvənddən əvvəl Tip 16 və ya Tip 18 və ya digər növlər orqanizmdə mövcuddursa peyvənd bu növlərdən qorumur. HPV peyvəndi müalicə məqsədilə edilən peyvənd deyil. Cinsi həyatı hələ başlamayan və ya əvvəllər HPV virusu olmayan bir qadına tətbiq olunan HPV peyvəndi, Tip 16 və Tip 18 olaraq bilinən və xərçəngə səbəb olan viruslardan 100% qoruyucu təsirə malikdir.

HPV peyvəndi virusun növlərinə görə fərqlənir. Bunlar 2-li, 4-lü və 8-li olmaqla 3 doza şəklində tətbiq olunur. HPV peyvəndi həm qızlarda, həm də oğlanlarda 11-12 yaş arasında, qadınlarda isə yaş həddi olmadan tətbiq oluna bilər.

Hər il 250 min qadın uşaqlıq boynu xərçəngindən vəfat edir. Təxminən 10 il əvvələ qədər bu virusdan qorunmaq üçün heç bir vasitə yox idi. Ancaq araşdırmalar nəticəsində HPV infeksiyasından yəni uşaqlıq boynu xərçəngindən qorunmanın mövcud olduğu ortaya çıxdı.

HPV peyvəndi tətbiq edən ölkələrdən biri olan Avstraliyada, uşaqlıq boynu xərçəngi lezyonlarının və eyni zamanda müayinələr zamanı yüksək riskli HPV virusu olan insanların sayında əhəmiyyətli azalmalar olduğu meydana çıxdı.

HPV ilə mübarizədə peyvənd xüsusi əhəmiyyət kəsb edir. Peyvənd; laboratoriya mühitində yaradılan və bu virusla 100% bənzərlik daşıyan içi boş bir quruluşa malikdir. Buna görə də virus xəstəlik əmələ gətirmə ehtimalı olmadan bədənə yeridilir və tanıdılır, bunun nəticəsində də immunitet sistemi bu virusa xas müdafiə sistemi inkişaf etdirir. Bədənin sonradan həqiqi virusla qarşılaşması zamanı artıq bu virusa qarşı özünü müdafiə sistemi mövcud olduğu üçün virusun orqanizmə təsir etmədən məhv edilməsi mümkün olur.

Təxminən 14 yüksək riskli HPVvirusu növü var. Bunlardan, peyvəndin tərkibinə də daxil olan tip 16 və 18 növü xəstəliklərin 70%-ni əmələ gətirən növlərdəndir. Yerdə qalan 30%-lik növ üçün hələ də peyvənd ixtira edilmədiyi üçün uşaqlıq boynu xərçənginin nə vaxt yox olacağınını demək çətindir.

Hal hazırda 3 fərqli qoruyucu HPV peyvəndi istifadə olunur. Bunlardan birincisi; ən çox uşaqlıq boynu xərçənginə səbəb olan yalnız iki HPV növünə qarşı qorunma təmin edən ikiqat peyvənddir.

İkincisi, orqanizmi ikiqat peyvənddə mövcud olan növlərdən qoruyan, eyni zamanda kişilərdə və qadınlarda ziyillərə səbəb olan HPV növlərindən də qoruma gücünə malik olan dördqat peyvənddir. Dördqat peyvəndin qoruma gücünün olduğu HPV növlərinə servikal xərçənglərin yaranmasının təxminən 70%-nə səbəb olan HPV 16 və HPV 18-lə bərabər genital ziyillərin əmələ gəlməsinin təxminən 90%-nə səbəb olan və xərçənglə heç bir əlaqəsi olmayan HPV 6 və HPV 11 növlərindən də qoruma daxildir.

Üçüncü növü isə qadınlarda və kişilərdə ziyillərin əmələ gəlməsinə səbəb olan HPV növünləri ilə birlikdə xərçəngə səbəb olan əlavə yeddi HPV növündən qoruma gücünə malik olan doqquz qatlı peyvənddir. Doqquz qatlı peyvənd hələ Azərbaycanda mövcüd deyil.

HPV peyvəndinin həm oğlanlar həm də qızlara edilməsi tövsiyə olunur. Bütün dünya mütəxəssisləri uşaqlara 11-12 yaş arasında peyvənd vurulmasının vacibliyi mövzusunda həmfikirdirlər. Avstraliya, Kanada, Portuqaliya, Norveç, Finlandiya, Danimarka kimi inkişaf etmiş ölkələrdə məktəblərdə bu peyvəndlər pulsuz edilir. HPV peyvəndi uşaqlara doqquz yaşından etibarən vurula bilər. Uşaq dərsdə iştirak etmədiyi üçün peyvənd olunmadığı zaman oğlanlar üçün 21, qızlar üçün isə 25 yaşına qədər peyvənd edilmə müddəti mövcuddur.

Peyvəndin əlavə təsirləri olabilərmi?

HPV peyvəndinin tərkibində canlı və ya ölü mikrob olmadığı üçün HPV iltihabı, xərçəng və ya ölüm kimi yan təsirləri yoxdur. Uşaqlıq dövründə edilən peyvəndlər kimi, inyeksiya yerində yüngül ağrı, tempratur yüksəlməsi və qızarıqlıq kimi simptomlar yarana bilər.

Hamiləlik dövründə peyvənd edilə bilərmi?

Hamiləlik dövründə peyvənd edilməsi problem yaratmır ancaq hamilə qadınlara tətbiq edilməsinə üstünlük verilmir. Buna baxmayaraq, hamilə olduğunu bilmədən peyvənd olunan qadının uşağının götürülməyinə ehtiyac duyulmur.

HPV peyvəndi Kimlərə edilməməlidir?

Dördqat peyvənd maya allergiyası olan insanlara edilməməlidir. Çünki bu peyvənd maya içərisində istehsal olunur.

İkiqat peyvənd isə istehsal texnikası səbəbilə lateks tərzindəki materiallara qarşı həssas olan şəxslərə edilmir.

Peyvənd olunacaq şəxsin qızdırması, orta və ya ağır dərəcəli bir xəstəliyi varsa, xəstəliyi keçdikdən sonra peyvənd olunması məsləhət görülür.

Hamilə qadınlarda peyvəndin edilməsi tövsiyə edilmir lakin, bu günə qədər peyvənd olunmuş analardan doğulan körpələrdə hərhansı bir mənfi təsir müşahidə olunmur.

Vaksinasiya edildikdən sonra Pap-smear testinə davam edilməlidir

Genital(cinsi) nahiyədə ziyillər bütün dünyada 1% nisbətində qarılaşılaşılan xəsətlik növüdür. Bu nisbət 20-li yaş dövründə yüzdə 7-ə yüksəlir. Uşaqlıq boynu xərçəngi peyvəndi edilmiş olsa da, müayinələr davam edilməlidir. 21 yaşından etibarən bütün qadınlara üç ildə bir dəfə PAP Smear testi edilməsi tövsiyə olunur.

HPV və PAP smear testinin birlikdə edildiyi müayinənin yəni Co-Testin edilməsi isə 30 yaşından etibarən tövsiyə olunur. Əgər hər iki müayinənin nəticəsi də yaxşı çıxarsa, beş il ərzində uşaqlıq boynu xərçəngi və ya xərçəng öncəsi lezyonun inkişaf etmə faizi 0,08%-ə düşür.

HPV hansı xəstəliklərə səbəb olur?

Təxminən 30-40-a yaxın HPV növü cinsiyyət bölgəsində ziyillərin çıxmasına səbəb olur. Ziyillər vaginanın içində və ya kənarlarında, anusda vulvanın və ya kişilərdə penisin üzərində çıxa bilər. HPV virusu səbəbilə meydana gələn bu ziyillər müalicə olunmadığı zaman daha çox bölgəyə yayıla və gələcəkdə xərçəngə çevrilə bilər.

Ən təhlükəli HPV növləri müalicə olunmadığı təqdirdə gələcəkdə penis, serviks, vulva, anus, uşaqlıq boynu kimi xərçəng növlərinin əmələ gəlməsinə səbəb ola bilər.

HPV virusu kişilərə təsir edirmi?

HPV virusu kişilərdə ziyillərin yaranmasına və müalicə olunmasa bu ziyillərin daha sonra penis və ya anal xərçənglərə çevrilməsinə səbəb ola bilər. Buna görə də kişilər də HPV peyvəndi olmalıdır. Bundan əlavə, kişidə olan HPV virusu cinsi əlaqədə olduğu qadının servikal xərçəng olmağına səbəb ola bilər.