Xanımlar üçün - HİSTEROSKOPİYA NƏDİR? HİSTEROSKOPİYA HANSI XƏSTƏLİKLƏR ZAMANI İSTİFADƏ OLUNUR?
Ünvan

Bakı ş. H. Zərdabi küçəsi,

Telefon

+994505630189

Müayinəyə yazıl
Xanımlar üçün - HİSTEROSKOPİYA NƏDİR? HİSTEROSKOPİYA HANSI XƏSTƏLİKLƏR ZAMANI İSTİFADƏ OLUNUR?

Haqqımızda

Onkoginekoloq Könül Mərdanova 2006 ci ildə Azərbaycan Tibb Unuversitetinin Müalicə işi fakultəsini fərqlənmə ilə bitirib. 2007 cildə Milli Onkologiya Mərkəzində Onkologiya ixtisasi üzrə internatura ...

Əlaqə yarat

Bakı ş. H. Zərdabi küçəsi, 79B

+994505630189

[email protected]

HİSTEROSKOPİYA NƏDİR? HİSTEROSKOPİYA HANSI XƏSTƏLİKLƏR ZAMANI İSTİFADƏ OLUNUR?
Xanımlar üçün

HİSTEROSKOPİYA NƏDİR? HİSTEROSKOPİYA HANSI XƏSTƏLİKLƏR ZAMANI İSTİFADƏ OLUNUR?

HİSTEROSKOPİYA HANSI XƏSTƏLİKLƏR ZAMANI İSTİFADƏ OLUNUR?

Histeroskopiya

Qadın sağlamlığının qorunmasında son dərəcə əhəmiyyətli bir prosedur olan histeroskopiya uşaq sahibi olmaq istəyənlərin müayinəsi və ya ginekoloji problemlər zamanı istifadə edilən bir üsuldur. Bu üsul mütəxəssis həkimlər tərəfindən edilməlidir.

Mündəricat

Histeroskopiya nədir?

Hansı xəstəliklər zamanı istifadə olunur?

Histeroskopiya proseduru necə həyata keçirilir?

Histeroskopiya proseduru ilə bağlı tez-tez verilən suallar

HİSTEROSKOPİYA NƏDİR?

Hystero və Scopy sözlərindən yaranan histeroskopiya uşaqlıq və görüntüləmə sözlərinin birləşməsidir. Histeroskopiya optic bir cihazla uşaqlıq boynundan içəri girərək uşaqlığın içini və boruların uşaqlıq yoluna açılan hissəsini yoxlamaq üçün istifadə edilən üsuldur. Histeroskopiya iki məqsəd üçün istifadə olunur: diaqnostika (diaqnostik) və cərrahi (operativ).

HANSI XƏSTƏLİKLƏR ZAMANI İSTİFADƏ EDİLİR?

Histeroskopiya; qanaxma, menstruasiya pozğunluğu, ağrı, uşaqlıq mioması, polip, uşaqlığın anadangəlmə anormallığı, təkrarlanan açılışlar, ucu itmiş spiralların çıxarılması və uşaqlıqda pərdə olması kimi xəstəliklər zamanı həm diaqnostik, həm də terapevtik məqsədlər üçün istifadə olunur. Bundan əlavə histeroskopiya ilə uşaqlıq divarı (endometrial) patologiiyalarıni təyin etmək üçün nümunələr də götürülə bilər.

HİSTEROSKOPİYA PROSEDURU NECƏ HƏYATA KEÇİRİLİR?

Histeroskopiya vaginal yolla servikal kanaldan xüsusi alətlərlə uşaqlıq yoluna girərək edilir. Bəzən cərrahi histeroskopiya prosedurlarından əvvəl xəstəyə dərman verərək uşaqlıq boynunu açmaq lazım ola bilər. Açıldıqdan sonra kamera və lens sistemindən ibarət olan borulu histeroskop vaginadan və uşaqlıq boynundan keçir və uşaqlığa doğru irəliləyir. Uterusun içinin aydın görülməyi üçün uşaqlığa xüsusi mayelər yeridilir və görüntü monitorda mütəxəssis tərəfindən izlənilir. Həkimlər lazım olduqda histeroskopun ucundakı kəsici və lazer effektli alətlərlə əməliyyat da edəbilər.

Histeroskopiya proseduru həm həkim otağında, həm də əməliyyatxana şəraitində edilə bilər. Həkim otağında edilən histeroskopiya ümumi anesteziya olmadan yalnız lokal anesteziya ilə aparılan və diaqnoz məqsədilə edilən histeroskopiyadır. Otaq şəraitində istifadə edilən histeroskopiyada bəzi kiçik alətlərin istifadəsinə imkan verən girişlər mövcuddur. Texnoloji yeniliklərlə birlikdə histeroskopiya həm daha incə və daha kiçik alətlərlə edilir, həm də çox kicik ölçüdəki alətlərin uşaqlıq yoluna yerləşdirilməsinə imkan verir. Bu yeniliklərin gətirdiyi imkanlarla otaq şəraitində edilən hisoeroskopiya zamanı kiçik poliplər və ya uşaqlıqda qalan və ucu görünməyən spiralları çixarmaq mümkündür. Beləliklə, xəstələr daha rahat, daha az riskli və daha az xərclə otaq şəraitində edilən hisoeroskopiyanı rahatlıqla seçə bilərlər.

Millimetr fərqlə daha qalın olan əməliyyat (cərrahi) histeroskopiyasının da iş mexanizmi diaqnostik histeroskopiya ilə eyni şəkildədir. Bununla birlikdə, operativ histeroskopiyada cərrahi tətbiq üçün lazım olan kiçik alətlərin istifadəsinə imkan yaradan girişlər var. Bu kiçik alətlər vasitəsilə daha böyük miyomalar və poliplər çıxarılaraq müalicə olunur.

HİSTEROSKOPİYA PROSEDURU İLƏ BAĞLI TEZ-TEZ VERİLƏN SUALLAR

Diaqnostik histeroskopiya nədir?

Diaqnostik histeroskopiya uşaqlıqdakı lezyonları və ya doğuşdan gələn anormallıqları təyin etmək üçün; cərrahi histeroskopiya isə prosedur zamanı görülən lezyon və ya anormallıqların götürülməsi üçün isitifadə edilir.

Histeroskopiya nə vaxt edilə bilər?

Mensturasiyadan dərhal sonra uşaqlıq qalınlaşmağa başladığı üçün yaranan qalınlıq bəzi patologiyaların görülməsinin qarşısını ala bilər və bu da histeroskopiyadan doğru nəticə əldə edilməməsinə səbəb ola bilər. Bu səbəblə histeroskopiya proseduru daha çox menstruasiya bitdikdən bir həftə sonra edilir.

Hansı hallarda histeroskopiya edilir?

İlk öncə xəstə bir ginekoloq və ya mama ginekoloq tərəfindən müayinə edilməlidir. Ultrasəs müayinədən sonra hər hansı bir lezyon və ya patologiyadan şübhələnildiyi zaman histeroskopiya edilməsinə qərar verilir. Histeroskopiya birbaşa edilən bir prosedur deyil.

Bu prosedur üçün kimlər uyğundur?

Bu prosedur müayinə kimi qəbul edilməməlidir. Polip və miomalar zamanı, həddindən artıq çox qanaxma hallarında, uşaqlıqdakı yapışqanlıqlar zamanı, uşaqlıqda olan pərdə zamanı, uşaqlıqda ucu itən spiralları tapmaq və uşaqlıqda olan anadangəlmə anormallıqlar zamanı bu prosedurdan istifadə edilir. Bununla birlikdə, menopoz sonrası qanaxma olan xəstələrdə və focal lezyonlardan şübhələnilən xəstələrdə də histeroskopiya edilə bilər.

Histeroskopiya edəcək xəstələr nələrə nələrə diqqət etməlidir?

Bu proseduru etmək istəyən qadınlar hamilə olmadıqlarına əmin olmalıdırlar.

Histeroskopiya riskli bir prosedurdur?

Histeroskopiya çox az riskli prosedurdur.

Histeroskopiyadan sonra nələrə diqqət yetirilməlidir?

Histeroskopiya əməliyyatından sonra bir həftə və ya 10 gün ərzində cinsi əlaqədən çəkinmək lazımdır.

Histeroskopiyadan sonra qanaxma olabilərmi?

Histeroskopiyadan sonra ləkələnmə şəklində qanaxma görünə bilər. Eyni zamanda yüngül qasıq ağrısı da ola bilər. Bu şikayətlər növbəti 2-3 gün ərzində keçir. Ancaq prosedurdan sonra ağrı və yüksək tempratur olarsa həkimə müraciət edilməlidir.

Histeroskopiya prosedurunun üstünlükləri nələrdir?

Histeroskopiyanın ən böyük üstünlüyü, təbii olaraq vaginal yoldan edildiyi üçün uşaqlığın içərisini heç bir kəsik olmadan incələməyin mümkün olmasıdır. Prosedur günü xəstəxanadan çıxan xəstələr çox qısa müddətdə gündəlik həyatlarına qayıda bilərlər. Bununla birlikdə, xəstələr əlavə bir kəsik olmadan mioma və polip kimi lezyonlardan xilas ola bilərlər.

Histeroskopiya ağrılı prosedurdur?

Histeroskopiya çox ağrılı bir prosedur deyil. Diaqnostik histeroskopiya hətta ağrıya dözümlü olan xəstələrdə anesteziya olmadan da həyata keçirilə bilər. Eyni zamanda xəstələr əvvəlcədən ağrı kəsici ilə premedikasiya edilə bilər. Cərrahi histeroskopiya anesteziya ilə aparıldığı üçün ümumiyyətlə ağrı olmur.

Histeroskopiya təhlükəsiz prosedurdur?

Histeroskopiya təhlükəsiz bir prosedurdur. Lakin əməliyyat zamanı cərrah vaxta diqqət etməli və əməliyyat müddətini normaldan çox uzatmamalıdır. Zəruri hallarda lezyonu aradan qaldırmaq üçün histeroskopiya bir neçə dəfə təkrar edilməli bir dəfəyə çıxarılmamalıdır. Çünki uzunmüddət davam edən histeroskopiya zamanı istifadə olunan maye səbəbilə istənməyən vəziyyətlər yarana bilər. Xəstələr əməliyyata girmədən öncə bilməlidirlər ki,yarana biləcək komplikasiyaları azaltmaq üçün bəzi hallarda histeroskopik əməliyyatlar tək bir seansda edilə bilməz, bəzən bir neçə seans tələb oluna bilər.

Histeroskopiyadan sonra hamiləlik şansı artırmı?

Əgər uşaqlıqda lezyon yoxdursa histeroskopiya hamiləliyə təsir göstərmir. Hamiləlik açılmalarına səbəb olan poliplərin, uşaqlıq miomasının götürülməsi və ya hamiləlik açılışına səbəb olan bir digər problem uşaqlıq pərdəsini histeroskopiya ilə kəsilməsi ilə normal hamiləlik şansı artırıla bilər.

Histeroskopiyada istifadə olunan mayenin tərkibi nədir?

Diaqnostik histeroskopiyada daha çox sistemlər zamanı vurulan ringerdən istifadə edildiyi halda, cərrahi histeroskopiya zamanı tərkibində elektrolit olmayan mayelərdən istifadə olunur. Hansı mayenin istifadə ediləcəyi histeroskopun bipolyar və ya monopolyar elektrik enerjisindən hansını istifadə etdiyinə görə dəyişir.

Histeroskopiya nə qədər vaxt aparır?

Diaqnostik histeroskopiya prosesi bir neçə dəqiqə, cərrahi histeroskopiya isə əməliyyat prosedurundan asılı olaraq 5-20 dəqiqə arasında dəyişilir.

Qövslü uşaqlıq nədir?

Qövslü uşaqlıq, uşaqlığın yuxarı hissəsinin daxilə doğru çökək olmağı halıdır. Qövslü uşaqlığının diaqnozu ultrasəs müayinə, MRI, histeroskopiya və laparoskopiya ilə edilə bilər.

Histeroskopiyadan sonra menstrual qanaxmalarda nizamsızlıq olablərmi?

Histeroskopiyadan sonra menstruasiya qanaması zamanı nizamsızlıq gözlənilmir. Yalnız prosedurdan sonrakı ilk mensturasiyanın zamanı dəyişə bilər.

Histeroskopiyadan nə qədər sonra hamilə qalmaq olar?

Diaqnostik histeroskopiyadan sonra gözləmək üçün əlavə vaxta ehyiyyac yoxdur və prosedurdan sonra dərhal hamiləlik planlamaq mümkündür. Cərrahi histeroskopiyadan sonra edilən prosedura bağlı olaraq ən çox 3 ay gözlədikdən sonra hamiləlik planlamaq olar.

Histeroskopiya ilə edilən uşaqlıqda polip əməliyyatı nə qədər davam edir?

Poliplərin histereskopik rezeksiyası təxminən 5-10 dəqiqə çəkir.

Histeroskopiya ilə polip əməliyyatından sonra təkrarlanma riski varmı?

Poliplərin təkrarlanma ehtimalı yüksəkdir. Təkrarlanma riski histeroskopiya ilə əlaqəli deyil. Xəstədə polip meydana gəlməsinə təsir edən şərtlər davam etdikcə, yenidən polip inkişaf edə bilər.