Onkoginekoloq Könül Mərdanova 2006 ci ildə Azərbaycan Tibb Unuversitetinin Müalicə işi fakultəsini fərqlənmə ilə bitirib. 2007 cildə Milli Onkologiya Mərkəzində Onkologiya ixtisasi üzrə internatura ...
Ginekoloji xərçənglər arasında daha çox yayılmış xərçəng növü yumurtalıq xərçəngidir. Bu xəstəliyə hər yaş qrupunda rast gəlinsə də, xəstəliyin əsas başlanğıc yaşı 63 yaşdır. Onu da qeyd edək ki, bu xərçəng növü adətən çanaq və qarın nahiyəsinə yayılana qədər heç bir əlamətlə özünü göstərmir. Yumurtalıq xərçəngi epitel (yumurtalığın xarici hissəsindəki hüceyrələrdən əmələ gəlir), cinsi hüceyrə (yumurta istehsal edən hüceyrələrdən əmələ gələn) və stromal (hormon istehsal edən hüceyrələrdən əmələ gələn) şişlərdən əmələ gəlir.
Yumurtalıq xərçənginin yaranma səbəbi tam olaraq bəlli olmasa da, xəstəliyi əmələ gətirən bəzi risk faktorları var. Bunlardan hormonal və ətraf mühit faktorlarını, xüsusilə genetik faktorları qeyd etmək olar. Bundan əlavə, ailədə süd vəzi və yumurtalıq xərçənginin olması, doğuşa nəzarət həblərinin uzun müddətli istifadəsi, piylənmə kimi faktorlar da yumurtalıq xərçəngini yaradan amillərdəndir.