Onkoginekoloq Könül Mərdanova 2006 ci ildə Azərbaycan Tibb Unuversitetinin Müalicə işi fakultəsini fərqlənmə ilə bitirib. 2007 cildə Milli Onkologiya Mərkəzində Onkologiya ixtisasi üzrə internatura ...
Ginekoloji xərçənglərin profilaktika üsulları haqqında nələri bilməliyik?
Xərçəngin qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?
Posta nəzər yetirərək, bu və ya bu kimi sualların cavabını tapacaqsınız
Profilaktika üçün ilk növbədə vaxtı - vaxtında müayinə olunmalısınız. Çünki, erkən diaqnoz həyatı önəm daşıyır.Bəs erkən diaqnostika üçün hansı müayinələrdən keçmək lazımdır?
Müayinələrə daxildir
▪️ Pap test
▪️ HPV test
▪️ Kolposkopiya
Eyni zamanda 6 aydan bir düzgün ginekoloji müayinələrdən keçilməlidir!
Profilaktika üsullarına müayinələrlə yanaşı, düzgün həyat tərzi də daxildir
Xanımlarımız oturaq həyatdan imtina edib, aktiv həyat tərzinə keçməlidir! Oturaq həyat piylənməyə, piylənmə isə yumurtalıq, endometriya və süd vəzi xərçənginin yaranmasına gətirib çıxarır.
Oturaq həyat tərzi həm də, kiçik çanaq orqanlarında qan dövranının pozulmasına səbəb olur. Bundan əlavə, qidalanmaya fikir verməli, vitaminlərlə zəngin, antioksidant olan qidalar qəbul edilməlidir!
Əlavə olaraq, əgər xəstədə hər hansı bir axıntı varsa, həkimə müraciət edilməli və aşkar edilən infeksiyaların qarşı alınmalıdır! Əks halda bu infeksiyalar sonradan bədxassəli xəstəliklərin yaranmasına səbəb ola bilər.
Gigiyena qaydalarına riayət edilməli, alt paltarları və qadın bezləri seçərkən diqqətli olmalı, dar, sintetik materiallardan qaçınılmalıdır Yuyucu vasitələrdən çox istifadə edilməməlidir. Bəzən xanımlar həkim göstərişi olmadan tez-tez uşaqlıq yolunu yumağa çalışırlar və bu halda həmin nahiyənin mikroflorasının pozulmasına səbəb olur.