Onkoginekoloq Könül Mərdanova 2006 ci ildə Azərbaycan Tibb Unuversitetinin Müalicə işi fakultəsini fərqlənmə ilə bitirib. 2007 cildə Milli Onkologiya Mərkəzində Onkologiya ixtisasi üzrə internatura ...
PAP Smear testi- Uşaqlıq boynu xərçəngi başda olmaq üzrə hüceyrə nizamsızlıqlarını, xərçəng öncəsi hüceyrələri aşkar etmək üçün istifadə edilən skririnq testidir. Smear Testi uşaqlıq boynu (servikal) adlanan nahiyədən fırçanın köməyi ilə ağrısız, 5-10 saniyə müddətində götürülən bir testdir. Erkən yaşda cinsi əlaqəyə başlamaq, çoxpartnyorluq, HPV infeksiyası, A vitamini səviyyəsinin aşağı olması və zərərli vərdişlər uşaqlıq boynu xərçəngi riskini artırır. Yaxma testi ( Pap smear ) bir çox ölkədə uşaqlıq boynu xərçəngini yoxlamaq üçün istifadə edilən sadə bir testdir. Testdən öncəki 48 saat ərzində cinsi əlaqə qurulmamalı, vagina yuyulmamalı, vagina içərisinə dərman və krem kimi vasitələr vurulmamalıdır. Cinsiyyət orqanında infeksiya varsa müalicə olunmalı və sonra yaxma götürülməlidir. Xanımlar 25-30 yaşdan başlayaraq hər 3 ildən bir Pap test və ya 5 ildən bir HPV testi və ya CO-test müayinəsindən keçməlidirlər. Bununla belə, HPV-ə yoluxmuş, immun sistemi qeyri-adekvat olan, orqan transplantasiyası keçirən, kimyaterapiya və kortizon müalicəsi alan şəxslərdə müayinənin tezliyi artırılmalıdır. Smear testi, uşaqlıq boynu xərçənginə qarşı görülən tədbirlər, erkən müayinələrlə qadınların həyatı boyu xərçənglə qarşılaşmama şansları yüksəkdir.