Onkoginekoloq Könül Mərdanova 2006 ci ildə Azərbaycan Tibb Unuversitetinin Müalicə işi fakultəsini fərqlənmə ilə bitirib. 2007 cildə Milli Onkologiya Mərkəzində Onkologiya ixtisasi üzrə internatura ...
Endometrial xərçəngi ilə bağlı ən çox qarşılaşdığımız şikayətlər postmenopozal vajinal qanaxmalardır. Menopoz sonrası qanamaları olan xəstələrin gecikdirmədən bir ginekoloqun müayinəsindən keçmələri tövsiyə olunur. Menopozdan əvvəl isə şiddətli qanamalar varsa, aybaşı dövrü uzun çəkirsə, iki aybaşı arası qanaxma olursa, endometrial biopsi götürülməsi məsləhətdir. Xüsusilə də də 40 yaş+ xəstələrdə qeyd edilən əlamətlər olduqda biopsi alınaraq patoloji dəyərləndirilmə edilməli və endometrial xərçəng və ya xərçəng öncəsi lezyonların (endometrial hiperplazi-uşaqlıq divarının qalınlaşması) olub olmadığı aşkarlanmalıdır.
Dəyərli xanımlar, erkən müayinənin, erkən diaqnozun, həyat qurtardığını unutmayaq!