Onkoginekoloq Könül Mərdanova 2006 ci ildə Azərbaycan Tibb Unuversitetinin Müalicə işi fakultəsini fərqlənmə ilə bitirib. 2007 cildə Milli Onkologiya Mərkəzində Onkologiya ixtisasi üzrə internatura ...
Bilirsinizmi çəhrayi rəng dünyada sürətlə yayılan süd vəzi xərçəngi ilə mübarizə aparmığın və bu barədə məlumatlanmağın simvoludur.
Burada əsas mesaj süd vəzi xərçənginin erkən diaqnozunun vacibliyini vurğulamaqdır.
Qeyd edim ki, süd vəzi xərçəngi qadın orqanizmində olan xərçənglər arasında dünyada birinci yerdədir. Reproduktiv orqanların patologiaları ilə əlaqəli ola bilir. Ginekoloji orqanlarda olan hər hansı hormonal dəyişikliklər və patologiyalar süd vəzi xərçəngini tətikləyə bilir. Həmçinin süd vəzi xərçəngi olan xanımların gələcəkdə qadın cinsiyyət orqanlarında patalogiyalar formalaşa, endometrial xərçəng və ya metastatik yumurtalıq xərçəngi əmələ gələ bilər‼️ Bu səbəbdən də ginekoloji müayinələr və süd vəzi müayinələri bir yerdə, vaxtlı vaxtında aparılmalıdır
Əziz xanımlar, sağlam olmaq hamımızın haqqıdır. Sağlamlığımızı qorumaq və günümüzün bəlasına çevrilən qadın orqanizmi xərçənglərindən müayinələrimizi gecikdirmədən və erkən qoyulan diaqnozla xilas olmaq isə öz əlimizdədir.