Onkoginekoloq Könül Mərdanova 2006 ci ildə Azərbaycan Tibb Unuversitetinin Müalicə işi fakultəsini fərqlənmə ilə bitirib. 2007 cildə Milli Onkologiya Mərkəzində Onkologiya ixtisasi üzrə internatura ...
Anormal uşaqlıq qanaxmaları nədir❓
Anormal uşaqlıq qanaxmaları hər bir yaş dönəmində xanımların rastlaşa biləcəyi bir vəziyyətdir. 38% qadın həyatının müəyyən dövründə bu problemlə rastlaşa bilir. Bu tipli qanaxmalara adətən, gənc xanımlarda aybaşı başlayan dövrlərdə və perimenapauzal dövrdə(Hormonal dəyişikliklər)rast gəlinir. Anormal uşaqlıq qanaxmalarına yalnız bu dövrlərdə rast gəlinmir. Bu qanaxmalara cavan xanımlarda, reproduktiv dövrlərdə və postmenapauzal dövrlərdə də rast gəlmək mümkündür. Postmenapauzal dövrdə anormal uşaqlıq qanaxmaları baş verirsə miqdarından asılı olmayaraq xanımlar mütləq Onkoginekoloqa müraciət etməlidirlər. Buna səbəb, daha yaşlı xanımlarda onkoloji xəstəliklərin yaranma riskinin çox olmağıdır. Anormal uşaqlıq qanaxmaları kəskin və xroniki ola bilər. Bəzən pasiyentlərdə heç bir problem olmadığı halda menstruasiya zamanı və ya menstruasiyadan kənar güclü qanaxma baş verir. Bəs bu qanaxmanı necə bilmək olar? Əgər 1 saat ərzində və ya yarım saatdan bir aybaşı paketi və ya tampon dəyişirsə, qan itirmə çox güclüdürsə, halsızlıq baş verirsə bu kəskin uşaqlıq qanaxmasıdır və təcili müdaxilə tələb edən bir durumdur. 6 ay ərzində aybaşının müddətində və ya miqdarında artım baş verdikdə isə bu qanaxmalar xroniki qanaxmalar sayılır.