Müalicələr - Pap Smear testi nədir?
Ünvan

Bakı ş. H. Zərdabi küçəsi,

Telefon

+994505630189

Müayinəyə yazıl
Müalicələr - Pap Smear testi nədir?

Haqqımızda

Onkoginekoloq Könül Mərdanova 2006 ci ildə Azərbaycan Tibb Unuversitetinin Müalicə işi fakultəsini fərqlənmə ilə bitirib. 2007 cildə Milli Onkologiya Mərkəzində Onkologiya ixtisasi üzrə internatura ...

Əlaqə yarat

Bakı ş. H. Zərdabi küçəsi, 79B

+994505630189

[email protected]

Pap Smear testi nədir?
Müalicələr

Pap Smear testi nədir?

Pap Smear testi uşaqlıq boynu xərçəgi və xərçəngönü xəstəliklərinin erkə diaqnostikası üçün həyata keçirilən bir testdir. Pap smear testi prekanseröz və ya xərçəngli lezyonların hələ müalicə oluna biləcəyi mərhələlərdə aşkara çıxarılmasına imkan verir.

PAP SMEAR TESTİ NƏDİR? TEST NECƏ EDİLİR?

Uşaqlıq boynu xərçəngi qadınlardakı xərçəng xəstəliyi arasında 6-cı sırada, ölüm səbəbi olan xərcənglər arasında isə 10-cu sıradadır. Cinsi əlaqəyə erkən yaşda başlamaq,cinsi partnyorların çoxluğu, sosial-iqtisadi səviyyənin aşağı olmağı, HPV infeksiyası, A vitamini səviyyəsinin aşağı olmağı və siqaret çəkmək uşaqlıq boynu xərçəngi riskini artıran amillərdəndir. Smear testi (Pap smear) uşaqlıq boynu xərçənginin müayinəsi üçün istifadə olunan və bir çox ölkədə istifadə edilən sadə bir testdir.

MÜNDƏRİCAT

• Pap smear testi nədir?

• Pap smear testi necə edilir?

• Pap smear testi etdirməyə nə vaxt başlamaq lazımdır?

• Pap smear testini hansı hallarda təkrarlamağa ehtiyyac yoxdur?

• Pap smear testinin nəticəsi necə dəyərləndirilir?

• HPV peyvəndi edildiyi halda smear testinə ehtiyyac varmı?

• Pap smear testinin nəticəsi şübhəli olduqda başqa testlərə ehtiyyac varmı?

• Smear testinin nəticəsi normal olmayan xəstələr necə müalicə olunur?

• Uşaqlıq boynu xərçəngi nədir?

• Uşaqlıq boynu xərçənginin qarşısını almaq olarmı?

• Uşaqlıq boynu xərçənginin əlamətləri hansılardır?

Pap smear testi nədir?

Pap smear (Pap test) qadınlarda uşaqlıq boynu xərçəngi (serviks) və ya prekanser (xərçəng öncəsi) müayinəsində istifadə edilən metoddur. Pap smear xərçəng öncəsi və ya xərçəngli lezyonları müalicə ediləbilən mərhələlərdə diaqnozun qoyulmağına kömək edən testdir.

Pap smear testi necə edilir?

Pap smear testi sadə və ağrısızdır. Test mensturasiya zamanı edilməməlidir. Test üçün ən yaxşı vaxt menstruasiyadan 10-20 gün sonrasıdır.

Əvvəlcə uşaqlıq boynunun rahat görülməyi üçün vaginaya müayinə aləti yerləşdirilir. Daha sonra kiçik bir fırça ilə uşaqlıq boynundan hüceyrə nümunələri yığılır və bu hüceyrələr şüşə üzərinə yayılır. Götürülmüş hüceyrələr patoloq tərəfindən mikroskop altında müayinə edilərək hər hansı bir anormal inkişafın var olub olmadığı yoxlanılır. Testin əsas məqsədi xərçəngi aşkarlamaqla bərabər, xərçəngə çevrilmə potensialı olan və müalicə ediləbilən "prekanseröz" lezyonların aşkar edilməsidir.Testin nəticələrinin müsbət olduğu hallarda (yəni anormal hüceyrələr aşkar edildiyi zaman) həkim HPV testi vəya kolposkopiya edilməsini tələb edə bilər.

Pap smear testi edəcəyiniz gündən əvvəl:

  • 48 saat ərzində cinsi əlaqədə olmamalı

  • vagina yuyulmamalı

  • vaginanın içərisinə heç bir dərman və ya krem ​​tətbiq edilməməlidir.

Cinsiyyət orqanında infeksiya olduğu hallarda müalicə olunmalı və daha sonra pap smear testi edilməlidir.

Pap smear testi etdirməyə nə vaxt başlamaq lazımdır?

Uşaqlıq boynu xərçənginin müayinəsi zamanı həyata keçirilən Pap smear testi erkən diaqnoz üçün çox vacibdir. Ümumiyyətlə cinsi həyatı olan qadınlara Pap smear testindən keçmək məsləhət görülür. Uşaqlıq boynunun skrininqi – müayinəsi üçün 25 yaşdan etibarən Pap smear testi həyata keçirilə bilər. Bu testin 3 ildən bir edilməsi tövsiyyə olunur. Uşaqlıq boynu xərçənginin skrininqi üçün həyata keçirilən digər testlərdən biri olan HPV testi isə 5 ildən bir həyata keçirilir.

Pap smear testini hansı hallarda təkrarlamağa ehtiyyac yoxdur?

ü Xoş xassəli şiş zamanı Total Laparoskopik Histerektomiya (Uşaqlığın çıxarılması) əməliyyatı etdirənlər

ü Servikal lezyon olduğu və 3 smear testi nəticəsi mənfi olduğu halda Histerektomiya (Uşaqlığın çıxarılması) əməliyyatı etdirənlər

ü Son 10 ildə 3 dəfə mənfi smear testi keçirmiş 70 yaşdan yuxarı qadınlar

Pap smear testinin nəticəsi necə dəyərləndirilir?

Pap smear testinin nəticələrini dəyərləndirmə zamanı Bethesta sistemindən istifadə edirlər.

Negativ: Pap smear testində heç bir anormal, prekanseröz və ya xərçəng hüceyrəsi aşkarlanmadığı zaman (intraepitelyal lezyon və ya malignite negtiv)

Anormal nəticələr: Smear testində servikal hüceyrələrin anormal olmasının bir çox səbəbi ola bilər. Servikal infeksiyalar və ya prekanseröz hüceyrələr anormal hüceyrələrin görünməsinə səbəb ola bilər.

Anormal bir nəticə olduğu halda infeksiya müalicəsi və / və ya xəstənin davamlı izlənilməsi və / və kolposkopiya + biopsiya tövsiyə edilə bilər.

Bütün testlərdə olduğu kimi, Pap smear testinin də səhv çıxma ehtimalı var. Testin müntəzəm olaraq təkrar edilməsi səhv nəticə ehtimalını azaldır.

HPV peyvəndi edildiyi halda smear testinə ehtiyyac varmı?

HPV virusunun bir çox fərqli növü var. Peyvənd sadəcə bəzi növlərə qarşı təsirlidir. Ən çox yayılmış növlər 6-11-16-18 peyvəndin təsir etdiyi növlərdəndir. Nadir hallarda digər növlərlə birlikdə lezyonlar meydana gələ bilər. Bu səbəblə, peyvənd olunmuş insanlara da Pap smear testi edilməlidir.

Pap smear testinin nəticəsi şübhəli olduqda başqa testlərə ehtiyyac varmı?

Pap smear testi yoxlama xarakteri daşıdığı üçün şübhəli nəticə olduğu zaman kolposkopiya, biopsiya və servikal küretaj tələb oluna bilər. Kolposkopiya spekulum istifadə edərək vaginanın genişləndirilməsi və vaginayla serviksin yuxarı hissəsinin mikroskop köməyi ilə ətraflı incələnməsinə deyilir. Bu prosedurdan əvvəl xəstədən HPV testi etdirməsi istənilə bilər. Kolposkopiya zamanı servikste anormal bölgələr aşkar edildiyi halda biopsiya edilə bilər. Alınan biopsiya müayinə üçün patoloqa göndərilir.

Smear testinin nəticəsi normal olmayan xəstələr necə müalicə olunur?

Kolposkopiya zamanı şübhəli hissələr dondurularaq və ya lazerlə çıxardılır. Bu müalicələr prekanseröz simptomları aradan qaldırmaq və xərçəngin qarşısını almaq üçün təsirlidir. Bu prosseslərdən sonra xəstə mütəmadi olaraq izlənilir.

Uşaqlıq boynu xərçəngi nədir?

Uşaqlıq boynu xərçənginin (və ya serviks xərçəngi) harada yerləşdiyini anlamaq üçün uşaqlıq boynu haqqında məlumata sahib olmaq lazımdır. Serviks uşaqlığın aşağı hissəsinə verilən addır. Uşaqlıq və vaginanı birləşdirmə funksiyasını yerinə yetirir. Uşaqlıq boynu xərçəngi birdən-birə əmələ gəlmir. Sonradan xərçəngə çevrilmə ehtimalı olan bəzi xərçəngöncəsi dəyişikliklərdən sonra və əsasən də illər sonra ortaya çıxır. Bu prekanseröz dəyişikliklər üçün CIN (servikal intraepital neoplaziya) və ya skuamöz intraepital lezyon terminləri istifadə olunur. Qadınların çoxunda prekanseröz dəyişikliklər yox olur və ya heç vaxt xərçəngə çevrilmir. Bununla birlikdə, müalicə edildiyi zaman bütün uşaqlıq boynu xərçənglərinin qarşısının alınması mümkündür.

Uşaqlıq boynu xərçəngi qadınlarda xərçəng ölümlərinin əsas səbəblərindən biridir. Bu xərçəngin müayinəsində istifadə olunan pap smear testinin tanınması və qadınlar tərəfindən mütəmadi edilməsi uşaqlıq boynu xərçəngindən ölüm hadisələrini əhəmiyyətli dərəcədə azalda bilər.

Pap smear testinin davamlı olaraq istifadə edilmədiyi ölkələrdə servikal xərçənglərin faizi hələ də çox yüksəkdir. Uşaqlıq boynu xərçəngi müntəzəm müayinələr edilərək qarşısı alınabilən yeganə qadın ginekoloji xərçəngidir. Pap smear testi ilə serviksdə hələ xərçəngə çevrilməmiş, lakin prekanseroz(xərçəng öncəsi) hüceyrələr aşkar edilir.

Uşaqlıq boynu xərçənginə orta hesabla 35-55 yaş arası qadınlarda daha çox rast gəlinir. 20 yaşdan aşağı qadınlarda çox nadir rast gəlinəbilər. Ancaq xəstəlik 65 yaşdan yuxarı qadınlarda da aşkar edildiyi üçün 70 yaşına qədər cinsi əlaqədə olan bütün qadınlar üçün müntəzəm Pap smear testi etdirmələri tövsiyə olunur. Uşaqlıq boynu xərçəngi olan bütün qadınların demək olar ki hamısında HPV virusu aşkar olunur. Bu virus cinsi yolla ötürülür. Bu virusa qarşı peyvənd mövcuddur.

Serviks (uşaqlıq boynu xərçəngi) və lezyonları üçün risk faktorları nələrdir:

  • Yuxarı yaş faktoru
  • İrq (qara dərili qadınlar yüksək risk daşıyıcılarıdır)
  • Asiya, Afrika və Latın Amerika mənşəli qadınlar
  • Sosial-iqtisadi vəziyyətin aşağı olması
  • Təhsil səviyyəsinin aşağı olması
  • Özünün və ya qarşı tərəfin cinsi partnyorunun çoxluğu
  • Erkən ilk cinsi əlaqə
  • Siqaret çəkmək
  • Hamiləlikdən qorunma həblərinin uzun müddətli istifadəsi
  • Fol turşusu, A vitamini və C vitamininin azlığı
  • Çox hamiləlik yaşamaq
  • İlk hamiləliyin erkən yaşda olması
  • Cinsi yolla keçirilən herpes virusu və HPV virusunun olması
  • HİV infeksiyası
  • Ana bətndə estrogen hormonuna məruz qalmaq
  • Smear testini mütəmadi təkrarlamamaq
  • İmmunitet çatışmazlığı
  • Ana və ya bacıda serviks xərçəngi olmağı
  • Meyvə və tərəvəzlərın az yeyilməsi
  • Artıq çəki

Uşaqlıq boynu xərçənginin qarşısını almaq olarmı?

Uşaqlıq boynu xərçəngi, bəzi risk faktorlarının nəzarət altında saxlanılması, pap smear testinin mütəmadi edilməsi və çox yayılmış HPV viruslarına qarşı peyvənd olunmaqla qarşısı alınabilən xərçəng növlərindən biridir.

Bu xərçəngdən qorunmaq üçün risk faktorlarını yaxşı bilmək, mütəmadi olaraq müayinələrə getmək və smear testi etdirmək lazımdır. Bu testlər heç bir əlamət göstərməyən xərçəng xəstəliyinin diaqnoz edilməsi üçün istifadə olunur. Uşaqlıq boynu xərçənginin aşkar edilməsi üçün müayinələr son dərəcə vacibdir. Uşaqlıq boynu xərçənginin erkən diaqnoz etməyin ən yaxşı yolu müntəzəm olaraq pap smear testi etdirməkdir.

Uşaqlıq boynu xərəçənginə qarşı görüləcək tədbirlər arasında:

  • siqareti atmaq
  • çox erkən cinsi əlaqədən qaçınmaq cinsi əlaqə zamanı prezervativ istifadə etmək
  • kilolu olmamaq
  • doğru bəslənmək
  • cinsi partnyorların sayını azaltmaq kimi yaşam şəklinə diqqət etmək lazımdır.

Uşaqlıq boynu xərçənginin əlamətləri hansılardır?

Prekanseroz lezyonların heç bir əlaməti olmur. Bu vəziyyət pap smear testinin nə qədər vacib olduğunu göstərir. Xəstəlik xərçəngə çevrildikdən sonra artıq simptomlar özünü göstərməyə başlayır.

  • Qanlı, pis qoxulu vaginal axıntı
  • Cinsi əlaqə zamanı və ya iki menstruasiya arasında meydana gələn anormal qanamalar
  • Uzun müddətli menstruasiya qanamasıCinsi əlaqə zamanı ağrı hissi əsas əlamətlər arasındadır.

Mütəmadi olaraq edilən smear testləri servikal xərçəngin qarşısını almaq üçün böyük əhəmiyyət daşıyır.